Background Image
Previous Page  40 / 324 Next Page
Information
Show Menu
Previous Page 40 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

36

vergisinin alınması və digər hökumət tədbirləri kəndlilərin vəziyyətini olduqca

ağırlaşdırırdı ki, bu da onların tez-tez hökumət əleyhinə çıxışlarına, vergilərdən

və dövlət xəzinəsi xeyrinə mükəlləfiyyətlərin icrasından imtina etməsinə səbəb

olurdu. 1844-cü ildə Quba qəzasının Qrız kəndinin öz qəddarlığı və kəndliləri

sıxışdırması ilə ad çıxarmış starşinası öldürülür. Onun ölümündə ittiham olu-

nan iki kəndli sürgünə məhkum edilir. Bu zaman kəndin bütün sakinləri,

yekdilliklə onların müdafiəsinə qalxaraq, müttəhimlərin azad olunmasını

tələb edirlər. Belə həmrəyliyin qarşısında çar çinovnikləri hökmün icrasını

dayandırmalı olurlar. 1845-ci ildə Quba qəzasında bir qrup kəndli mülkədar

Məmməd Yusif bəyə tabe olmaqdan, vergi verməkdən və mükəlləfiyyətə əməl

etməkdən imtina edirlər. Həmin bəyin qəza rəisinə şikayətindən aydın olurdu

ki, kəndlilər artıq 8 ildir ki, onu tanımaq istəmirlər. 1845-ci ildə Quba qəzasının

Rustov kəndinin əhalisi öz hakiminə qarşı üsyan qaldırdıqda, hakim həmin

kəndə silahlı dəstə göndərərək üsyanı yatırır. Bu dövrdə kəndli iğtişaşları

Azərbaycanın digər qəzalarında da baş verirdi. (90)

Kəndli hərəkatının genişlənməsinə çox vaxt yerli feodalların özləri

– onların sahibkar hüquqlarını şübhə altında qoyan rus hökumətinin

siyasətindənnarazı olanbəylər, ağalar təkanverirdilər. HəmindövrAzərbaycan

qəzalarında olan vəziyyət o qədər gərgin idi ki, Qafqazda yerli zadəganların

şəxsində etibarlı sosial dayağın yaradılması məsələsi yenidən gündəmə gəlir.

Vəziyyəti dəyişmək zərurəti qarşısında rus hökuməti 1844-cü ildə Qafqazda

canişinlik təsis etdi və bununla da məmləkətin müstəmləkəçilik idarə üsulu

bir daha təsbit olundu. Belə ki, bütün mülki və hərbi hakimiyyət bilavasitə

imperatora tabe olan canişinin əlində cəmlənirdi. Qafqazın ilk canişini

knyaz M.S.Vorontsov təyin olundu və onun dövründə 1840-cı il islahatına

dəyişikliklər edildi.

1846-cı ildə Cənubi Qafqazın quberniyalara bölünməsi əsasında yeni

inzibati bölgüsü həyata keçirildi və müvafiq olaraq Tiflis, Kutaisi, Şamaxı və

Dərbənd quberniyaları yaradıldı. Quberniyalar hərbi qubernatorlar tərəfindən

idarə olunurdu. Azərbaycan ərazisinin böyük hissəsi Şamaxı quberniyasının

tərkibinə, Quba qəzası isə Dərbənd quberniyasına daxil edildi. Sonradan,

1850-ci ildə Azərbaycan torpaqlarının da bir hissəsi daxil olmaqla, İrəvan

quberniyası yaradıldı. 30 may 1859-cu il tarixdə Şamaxını dağıtmış güclü

zəlzələdən sonra, quberniyanın mərkəzi Bakı oldu, Şamaxı quberniyası Bakı

quberniyası adlandırılmağa başladı. 5 may 1860-cı il tarixdən Quba qəzası

da Bakı quberniyasının tərkibinə daxil edildi.

1846-cı ilin dekabrında bəy və ağaların hüquqlarına dair I Nikolayın

Reskripti dərc edildi. Bu sənədə əsasən bəylərin və ağaların Azərbaycanın

Rusiyaya birləşdirildiyi dövrə qədər sahib olduqları bütün torpaqları üzərində

irsi sahiblik hüquqları təsdiq olundu, hətta şərti mülklər – tiyullar da irsi

mülkiyyət hesab edildi.