Background Image
Previous Page  41 / 324 Next Page
Information
Show Menu
Previous Page 41 / 324 Next Page
Page Background

37

1847-ci ilin dekabrında isə “Kəndli qaydaları” adlanan və çoxsaylı

mükəlləfiyyətlər qalmaqla bərabər kəndlilərin mülkədarlardan şəxsi asılılığını

qüvvədə saxlayan və möhkəmlədən bir qanun dərc olundu. Həmçinin

bəylərin çar ordusunda və idarələrində zabit və məmur qismində xidmət

etmək hüquqları qanunlaşdırıldı.

XIX əsrin ikinci yarısı Rusiya imperiyası üçün öz tarixi inkişafının yeni

dövrünə – kapitalizm dövrünə daxil olması ilə səciyyələnməklə yanaşı, onun

ucqarlarının, o cümlədən ümumrusiya ticarət dövriyyəsinə getdikcə daha çox

cəlb edilən Azərbaycan quberniya və qəzalarının iqtisadi və sosial həyatında

da əlamətdar bir dövr sayıla bilər. Azərbaycanın xalq təsərrüfatının bir neçə

sahəsi tədricən bazar üçün, ilk növbədə isə Rusiya bazarı üçün məhsul istehsal

etməyə başlayır. Neft, ipək, kənd təsərrüfatı və digər məhsulların ixracatı

Rusiyanın mərkəzi quberniyaları ilə ticarət əlaqələrinin gücləndirilməsinə im-

kan verir, ticarət dövriyyələri genişlənir, əmlak mübadiləsinin üsulları dəyişirdi.

Baş verən bu proseslər Quba qəzasının da iqtisadi inkişafına öz

müsbət təsirini qoyurdu. Məsələn, XIX əsrin ortalarında Qubadan Rusiya-

ya ixracatın ümumi həcmi 80 min rubla, şəhərin illik ticarət dövriyyəsi 500

min rubla çatmışdı ki, bu da həmin dövr üçün kifayət qədər böyük göstərici

idi. Şəhərin mühüm ixracat malı xalça idi ki, onun da əsas hissəsi şəhərə

qəzadan daxil olur və buradan yaxın və uzaq bazarlara, o cümlədən xaricə

göndərilirdi. Rusiya, İran, Dağıstan, habelə Bakı Qubanın əsas ticarət şərikləri

idi. Şəhərin iqtisadiyyatında Cənubi Qafqazın, Şimali Qafqazın və Rusiyanın

bazarlarına çıxarılan meyvə və tərəvəz ticarəti böyük rol oynayırdı. Bu dövrdə

rus toxuculuq sənayesi üçün boyaların hazırlandığı boya otunun istehsalı,

habelə, əsasən Volqaboyu şəhərlərə göndərilən ipək xammalının, tütü-

nün, dəri məmulatının istehsalı geniş yayılmışdı. (91) İstehsalın və ticarətin

genişləndirilməsi Quba şəhərinin özünün də inkişafına səbəb olmuşdu: bu-

rada bir neçə kərpic zavodu, 2 tütün fabriki, çoxlu sənətkar emalatxanaları

var idi. Həmçinin şəhərdaxili ticarət inkişaf edirdi: əgər 1832-ci ildə Qubada

155 dükan var idisə, 1893-cü ildə onların sayı artıq 1109-a çatırdı. Ticarət

mağazalarının əsas hissəsi Qubanın mərkəzi hissəsində – Baş küçədə, Bul-

var, Bazar, Komendant küçələrində yerləşirdi. Şəhər ticarətinin əsas mərkəzi

bazar meydanı idi. Bu dövrdə Quba şəhərində və qəzanın nisbətən daha iri

kəndlərində bir sıra sənətkarlıq və peşə fəaliyyəti sahələri də mövcud idi

ki, onların arasında papaqçılıq, çəkməçilik, dərzilik, boyaçılıq, arabaçılıq,

dəmirçilik, gönçülük, silahqayırma, əhəng hazırlama və sairi göstərmək

olardı. Bu sənətlərin çox hissəsi artıq ənənəvi kustar sənət formalarından

kənara çıxırdı. (92)

Beləliklə, Rusiya imperiyasında kapitalizmin inkişaf etməsi ilə milli uc-

qarlarda da kapitalist münasibətlərinin rüşeymləri yaranırdı. Lakin patriarxal-

feodal münasibətlərin saxlanması, eləcə də çar hakimiyyətinin müstəmləkə

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi