Background Image
Previous Page  42 / 324 Next Page
Information
Show Menu
Previous Page 42 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

38

siyasəti istər ümumən Azərbaycanın, istər onun ayrı-ayrı şəhər və qəzalarının

sosial-iqtisadi həyatında öz əksini tapırdı. Məsələn, 19 fevral 1861-ci ildə

II Aleksandr tərəfindən imzalanmış təhkimçilik hüququnun ləğv edilməsi

haqqında Manifest imperiyanın ucqarlarına şamil edilmədi və Cənubi Qaf-

qazda, xüsusən Azərbaycanda özünəməxsus xüsusiyyətləri olan bu sosial

münasibətlər sistemi neçə illər sonra ləğv olundu. 14 may 1870-ci il tarixində

Çar hökuməti “Cənubi Qafqazın Yelizavetpol, Bakı, İrəvan quberniyalarında

və Tiflis quberniyasının bir hissəsində ali müsəlman təbəqəsinin, eləcə də

erməni məliklərinin torpaqlarında yerləşdirilmiş dövlət kəndlilərinin sakin-

lik qaydaları haqqında Əsasnamə” dərc edir ki, bu sənəd Cənubi Qafqaz-

da kəndli islahatının əsas qanunverici aktı hesab olunmaqla kəndlilərin

bəylərdən şəxsi asılılığının ləğvini nəzərdə tuturdu. Lakin, “Əsasnamə” həmin

dövrdə Quba qəzasına və Zaqatala dairəsinə şamil olunmayaraq, yalnız

1880-ci ildə Qubada, 1913-cü ildə isə Zaqatalada həyata keçirilmişdi. 1860-

cı illərin sonunda çar hökuməti tərəfindən həyata keçirilmiş məhkəmə və

şəhər islahatları da, Rusiyanın mərkəzi quberniyalarına nisbətən, ucqarlarda

əhalinin “müxtəlif tayfalardan olması və geriliyi” bəhanəsi ilə ixtisar edilmiş

şəkildə aparılmışdı. (93)

Əhalinin “müxtəlif tayfalardan olması və geriliyi” barəsində çar

hökumətinin öz mülahizələri var idi. Hələ 1830-cu illərin əvvəllərində

senatorlar P.İ.Kutaysov və E.İ.Meçnikov Cənubi Qafqazın bir sıra əyalət

və şəhərlərini gəzərək, “Cənubi Qafqaz diyarının qurulması haqqında

təkliflər”ini hökumətə təqdim etmişdilər. “Həmin diyarı Rusiya üçün faydalı

etmək” məqsədilə hazırlanan bu sənəddə onu “Rusiyaya mülki və siyasi

bağlarla vahid bir vücudda bağlamaq və bu yerlərin əhalisini rus dilində

danışmağa, düşünməyə və hiss etməyə məcbur etmək” təklif olunurdu.

“...Təkliflər” yalnız “mülki və siyasi bağlarla” məhdudlaşmayaraq, həmçinin

“diyarın sakinlərini pravoslav dininin işığı ilə şəfəqləndirmək və həyatverici

xaçı islamçılığın xarabalıqları üzərində bərqərar etmək” kimi ideya da irəli

sürürdü. (94)

Məhz bu vəzifənin həlli üçün çarizmin köçürülmə siyasəti işə

salınmışdı və artıq 1830-cu illərin əvvəlindən onun reallaşdırılmasına

başlanmışdı. Belə ki, çar hökumətinin 20 oktyabr 1830-cu il tarixli Qanunu

ilə təriqətçilərin və sektantların bilavasitə Rusiya ərazilərindən Cənubi Qaf-

qazda yerləşdirilməsinin əsası qoyulmuş və onların Novorossiysk əyalətinə

köçürülməsi dayandırılmışdı. Cənubi Qafqazda rusların ilk məskunlaşdığı yer

Bakı quberniyasının Lənkəran qəzasında 1834-cü ildə yaranmış Vəl kəndi

olmuşdur.

“Baş komandanın sadiqanə məktubunda” qeyd edilirdi ki, Cənubi Qafqazın

müxtəlif tayfalı və müxtəlif dinli ucqarında rus qüdrətinin möhkəmləndirilməsi

üçün ən təsirli tədbirlərdən biri yerli əhalinin tərkibinin etibarlı rus elementi ilə