Background Image
Previous Page  43 / 324 Next Page
Information
Show Menu
Previous Page 43 / 324 Next Page
Page Background

39

gücləndirilməsidir. Bu vəzifə bizim hakimiyyət tərəfindən çoxdan bəri dərk edi-

lirdi və bu məqsədlə 1830 – 1850-ci illərdə rus təriqətçilərinin böyük dəstələri

burada yerləşdirilmək üçün göndərilirdi”. (95)

1849-cu il yanvarın 1-nə olan məlumata görə, bütün Cənubi Qafqaza

ümumilikdə sayı hər iki cinsdən 19 341 nəfər olmaqla, artıq 3 259 rus ailəsi

köçürülmüşdü. Rus kəndlərinin quberniyalar üzrə sayı aşağıdakı kimi əks olu-

nurdu: Şamaxı (1859-cu ildən Bakı) quberniyası – 19 kənd, Tiflis quberniyası

– 2 kənd, Yelizavetpol quberniyası – 7 kənd, İrəvan quberniyası – 6 kənd. (96)

Göstərilən mənbədən məlum olduğu kimi, Cənubi Qafqazda ilk rus

köçkünlərinin ən böyük hissəsi Azərbaycan ərazilərində, xüsusilə də Bakı

quberniyasının hüdudlarında cəmləşmişdir və sonrakı bütün mərhələlərdə

bu vəziyyət olduğu kimi qalmışdır.

Sürgün edilmiş təriqətçilərin və sektantların Cənubi Qafqazda məs-

kunlaşması ilə eyni vaxtda həmin ərazilərdə daimi mənzil-qərargahlar və

ailəli əsgərlərdən ibarət hərbi bölmələr təşkil edilməklə onların yanında

təsərrüfatların yaradılması prosesi başlanır ki, bu da artıq hərbi-strateji

əhəmiyyət daşıyırdı. Mənzil-qərargahların yaxınlığında xutorlar, zəmilər,

otlaq sahələri yaradılır, aşağı rütbəli zabitlər ailə qurur və təsərrüfat sahibi

olurdular. Cənubi Qafqazda ilk olaraq mənzil-qərargahlar yanında rus-pra-

voslav kəndləri – Qusar, az sonra Zurabovka – Quba qəzasında yaradılmışdır.

Hökumət yeni köçkünlərin pravoslav kilsəsinə sadiqlik ruhunda tərbiyə

olunmasına birinci dərəcəli əhəmiyyət verilirdi və bunu görə də 1836-

cı ildə Qusar sahəsində 84-cü Şirvan piyada alayının mənzil-qərargahının

yaradılması ilə eyni zamanda Qusar kilsəsi inşa edilmişdi. (97)

Lakin çox tezliklə mənzil-qərargahların yaradılması və təriqətçilərin

sürgün edilməsi yolu ilə kəndli müstəmləkəçiliyi prosesi hakimiyyətin nəza-

rətindən çıxdı və boş torpaq axtarışında olan rus kəndlilərinin Rusiyanın içəri

quberniyalarından Cənubi Qafqaza, xüsusilə də Azərbaycana kütləvi şəkildə

özbaşına köçü başlandı. Kəndlilərin özbaşına mühacirəti cinayət hesab

edilməsinə, hökumətinaktları ilənizamlanmadığınavəqanuniləşdirilmədiyinə

baxmayaraq, yerli administrasiya məmurlarının səlahiyyətində” olduğu üçün

öz həllini tapırdı. (98)

1860-70-ci illərin məlum kəndli islahatlarından sonra rus kəndlilərinin

Cənubi Qafqazda yerləşdirilməsi faktiki olaraq dayandırıldı ki, bu da

“sektantların daxili quberniyalardan olan digər kəndlilərə-könüllü köçkünlərə

zərərli təsiri... və boş dövlət torpağının çatışmazlığı ilə” izah olunurdu. (99)

Kəndlilərin mühacirəti qadağalara baxmayaraq heç də dayanmamışdı

və Quba qəzasında 1890-cı illərin əvvəlindən 1916-cı ilə qədər rus kəndlərinin

yaranması buna sübut idi. Bununla belə, kəndlilərin köçürülməsi prosesinin

məhdudlaşmasına səbəb kimi yuxarıda göstərilən hər iki dəlil maraq doğurur.

Daxili İşlər Nazirliyinin Əkinçilik və Dövlət Əmlakları nazirinə ünvanladığı

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi