Background Image
Previous Page  44 / 324 Next Page
Information
Show Menu
Previous Page 44 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

40

məktubdan belə məlum olur ki, təriqətçilər rus hökumətinin ümidlərini

doğrultmamış, və nəinki bu diyarda “rus işini irəliyə aparmamışlar”, əksinə,

“etibarsız, dövlətə zidd ünsür” olaraq, özlərinin “mövcud dövlət quruluşuna

mənfi münasibəti ilə” onlar “rus vətəndaşlığı ruhunu hələ kifayət qədər dərk

etməmiş yerli əhaliyə ... pozucu təsir” göstərirlər. Məktubda rus təriqətçiləri

yerli əhali arasında “rus dövlətçiliyinin əsaslarına qarşı lazımi hörmətin” nü-

fuzdan salınmasında günahlandırılır və bununla da “diyarın idarə edilməsi

işinə yeni ciddi çətinliklər törətmək” təhlükəsi yaratmaqda təqsirkar

bilinirdilər. (100)

“Yadelli əhalinin” torpaqlarında təzəcə məskunlaşmış, bu yerlərə hələ

kifayət qədər alışmamış və yerli cəmiyyətə qoşulmamış rus əhali həmin

cəmiyyətin Rusiya dövlətçiliyinə qarşı “lazımi hörməti”ni necə nüfuzdan sala

bilərdilər? Hər halda onların nə ilə təzahür olunduğu bilinməyən” mövcud

dövlət quruluşuna mənfi münasibəti” ciddi arqument deyildi. Bu baxımdan

məktubda göstərilən ikinci səbəb – “boş dövlət torpaqlarının çatışmazlığı” –

daha inandırıcı görünürdü.

Məlumdur ki, ilk köçkünlər ən əvvəl dövlət torpaqlarında, yəni əsasən

keçmiş xanların və bəylərin müxtəlif səbəblərdən dövlətin xəzinəsinə keçmiş

torpaqlarında yerləşdirilməli idi. Bundan əlavə, hökumət ilk rus köçkünlərinin

yerləşdirilməsi üçün nəzərdə tutduğu ərazilərin sırasına kəndlərin istifadəsində

olan və nə üçünsə “artıq torpaq” kimi qəbul olunmuş torpaqları da daxil etmişdi.

Daha sonra “az öyrənilmiş” adı ilə böyük torpaq sahələri meydana çıxmışdı

və s. Lakin işə gəldikdə, məsələ həmin “yadelli” – yerli əhalinin öz doğma

torpaqlarından köçürülməsi və həmin torpaqlarda rus və digər millətlərdən

olan köçkünlərin yerləşdirilməsi ilə başa çatmışdı. Məsələn, A.Yunitskinin

qeydlərindən göründüyü kimi, Quba qəzasında rus kəndi Yelenovka 1892-ci ildə

“yaranmışdır” və aclıq çəkən rus köçkünləri, boş, məhsuldar torpaq sorağında

müxtəlif quberniyalardan axışıb gəlmiş kəndlilər” üçün sığınacağa çevrilmişdi.

Amma, sənədin aşağıdakı sətirlərindən məlum olurdu ki, “boş torpaq” dedikdə

konkret bir azərbaycanlı kəndi başa düşülürdü: “həmin kəndin əvvəlki adı Hacı-

Hüseyn idi və onun əhalisini yalnız tatarlar (azərbaycanlılar nəzərdə tutulur -

S.R.-T.) təşkil edirdi. 1891-ci ildə tatarlar, digər qonşu kəndlərdən olduğu kimi,

öz quldur hərəkətlərinə görə bu kənddən də çıxarılmış, boş qalan kəndlərə isə

Rusiyanın mərkəzi quberniyalarından olan köçkünlər yerləşdirilmişdi. Kəndə

Yelenovka adı Bakı qubernatoru Roqqe tərəfindən (arvadı Yelena İvanovnanın

şərəfinə) verilmişdi”. “Bu dövrdə Yelenovkanın ətrafında əlavə üç pravoslav

kəndi yerləşdiyinə görə, onlar üçün kilsənin tikilməsi zərurəti yaranmışdı...”. (101)

Burada kəndlilərin “quldurluğa” görə öz kəndlərindən çıxarılması

ifadəsi rus hökumətinin özünün açıq-aşkar zorakılıq siyasətinə bəraət

qazandırmaqdan savayı heç bir şey deyildi, belə ki, müxtəlif yaşlı kişi,

qadın və uşaqlardan ibarət olan onlarla müsəlman kəndlərinin bütün