Background Image
Previous Page  46 / 324 Next Page
Information
Show Menu
Previous Page 46 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

42

Beləliklə, 1830-cu illərdən başlayaraq 1917-ci ilədək Quba qəzasında

19 rus kəndi yaranmışdı: Aleksandrovka, Alekseyevka, Alekseyev cəmiyyəti,

Borispol, Vasiliy cəmiyyəti, Vladimirovka, Yekaterinovka, Yelenovka, Yermo-

lovka, Kozlyakovka, Qusar (kənd, mənzil-qərargah), Mixaylovka (Zurabovka),

Nikolayevka, Novo-Mixaylovka, Pavlovka, Petropavlovka, Radnikovka, Şirvan

(Şirvanovka) və İrəvan xutoru. 1 yanvar 1914-cü il tarixə olan məlumata

görə, ruslar Quba qəzasının bütün əhalisinin (184 164 nəfər) –3 %-ni – (5

419 nəfər) təşkil edirdi. (109)

Artıq yuxarıda qeyd edildiyi kimi, hökumət yeni köçkünlərin pravo-

slav kilsəsinə sədaqət ruhunda tərbiyə edilməsinə birinci dərəcəli əhəmiyyət

verirdi və bunun üçün rus kəndlərində kilsələr tikilir, prixodlar (məhəllə kilsə

təşkilatı- S.R.-T.) yaradılırdı.

Qubada “hərbi qulluqçulardan və çox az sayda mülki məmurlardan

ibarət olan yerli pravoslav əhalinin” tələbatını ödəməli olan ilk pravo-

slav kilsəsi 1834-cü ildə tikilmişdi. 1853-cü ildə yararsız hala düşmüş

köhnə kilsənin əvəzinə yenisini tikmək qərara alındı və onun üçün bazar

meydanında yer ayrıldı. “Bu yer münasib olmadı ...çünki müsəlman əhalisinin

yaşadığı hissənin mərkəzində yerləşirdi... Quba şəhərinin xristian əhalisi yeni

kilsə binası üçün şəhərin qərb hissəsində yalnız pravoslavların, və qismən

ermənilərin yaşadığı başqa bir yer seçdi. Bu yer ... fərdi bir şəxsə, müsəlmana,

əslən qubalı olan Məmməd Əli Mahmud oğluna məxsus idi. Şəhərlilərin

xahişinə əsasən, o bu sahəni təmənnasız olaraq kilsə tikintisi üçün güzəştə

getdi”. (110) Sonralar digər rus kəndlərində – Mixaylovka, Yelenovka, Qu-

sar, Nikolayevkada kilsələr tikildi, bir çox kəndlərdə həmçinin kilsə-prixod

məktəbləri mövcud idi. (111)

Lakin, A.Yunitskinin “Təsvirləri”ndən” göründüyü kimi, qəzada

kifayət qədər “allaha ibadət evlərinin” və pravoslav ruhanilərin olmasına

baxmayaraq, prixoda mənsub olanların çoxu heç də “pravoslav kilsəsinə

sədaqət ruhunda tərbiyə almağa” can atmırdılar... Bu baxımdan Yelenov-

ka kəndinin sakinləri – “daha çox sənətkarlığa və kəndli əməyinə daha az

meylli olan...” adamlar xüsusilə seçilirdilər: “Hər bir evdə – yoxsulluq, bir də

içkiyə aludəçilik, qadınlar da içir..., gözə çarpan digər qüsur... demək olar

ki, hamısına xas olan xudbinlik, bir-birinə qarşı nifrətdir. Öz həmməsləkinə

məhəbbət itirilmişdir, bəzən bir qonşu digərinin bədbəxtliyinə sevinir... Bir

çoxları istirahət günlərində günah hesab etmədən işləyir (evdə), və ya bir

şey satmaq üçün şəhərə, bazara gedirlər, bu səbəbdən də allaha ibadət evi,

ələlxüsus yayda, demək olar ki, boş olur”.

Bu cür naqis vərdişlər, xüsusilə sərxoşluq, Borispol və Petropavlovka

kəndlərinin sakinlərinə da xas idi: “imkansız dərəcədə kobud və ədəbsiz”,

“kilsəyə böyük tənbəlliklə gedirlər.”

Qubanın rus kəndlilərinin “dini” cəhalət səbəbini A.Yunitskinin iqtisadi