41
əhalisi quldur ola bilməzdi. Bir ya bir neçə həqiqətən quldurluq edən şəxsə
görə isə (əgər elələri vardısa) kəndin bütün sakinlərini öz doğma yurd-
yuvalarından köçürmək quldurluqla bağlı xüsusi cəza maddələri olan Rusiya
qanunvericilində də nəzərdə tutulmurdu.
Lakin belə aqibət sonradan Nikolayevka adlandırılmış Xuc adlı
azərbaycanlı kəndini də gözləyirdi: “Nikolayevkanın tarixi ... hadisələrlə zəngin
deyildir. O vur-tut 10 il əvvəl tatar kəndi Xucun yerində yaranmışdır. 1894-
cü ilin sentyabrında bura ilk rus köçkünləri gəldi. Onlar Xarkov əyalətinin
malorossları (ukraynalılar-S.R.-T.) idi, aralarında velikorosslardan (ruslardan-
S.R.-T.) ibarət olan 5 ailə də var idi. “Yeni yaxşı torpaqlar” arzusu və torpaq
qıtlığı onları hökumətin Qafqaza köçmək təklifini böyük coşqunluqla qəbul
etməyə vadar etmişdi”. (102)
Quba qəzasının ləzgi əhalisi də doğma kəndlərindən zorla köçürülməyə
məruz qalmışdı. Məsələn, “Küsnət (indiki Vladimirovka) kəndinin sakinləri
çar komendantlarının təzyiqi altında bol otlaq yerləri, məhsuldar torpaqları
və bağları olan kəndlərini tərk etməyə məcbur oldular, məhsul verməyən
dağlara köçdülər və köhnə adla yeni kənd saldılar... Ləzgi əhalisinin Qubadan,
Qusardan və Xudatdan intensiv surətdə sıxışdırılması davam edirdi”. (103)
Qeyd edildiyi kimi, Quba qəzasında rus kəndləri müsəlman kəndlərinin
istifadəsində olan “artıq torpaqlarda” da yaradılırdı. Məsələn, hələ 1832-ci
ildə öz “ Təəssüratlarında” F.A.Şnitnikov “qoşunların daimi yerləşməsi üçün
əlverişli olan yerlərin” böyük bir siyahısını tərtib etmişdi və bu siyahıya
Quba qəzasının, Quba qalası başda olmaqla, demək olar ki, bütöv ərazisi
salınmışdı. (104) Lakin siyahıda qeyd edilirdi ki, “Qoşunların qalanın daxilində
yerləşdirilməsi evlərin darısqal tikilməsi üzündən yalnız sakinlərin qaladan
çıxarılmasından və şəhər təmizlənərək, kazarmalar və digər dövlət tikililərinin
inşasından sonra mümkündür”. (105)
Rus qoşunlarının yerləşdirilməsi üçün əlverişli yerlərin arasında “Qa-
raçay üzərindəki Nügədi kəndinin” və “Qusar çayının üzərində, indiki Yeni
Qubanın olduğuQusar kəndinin” adı çəkilirdi. (106) Son nəticədə 84-cü Şirvan
alayının mənzil-qərargahının yaradıldığı yer Qusar kəndi oldu və gələcəkdə
burada eyni adlı alayın xidməti və fəaliyyəti şərəfinə Şirvan kəndi salındı. Bir
müddət sonra Quba qəzasında Qafqaz administrasiyası nümayəndələrinin
adı verilmiş “əlavə iki kənd cəmiyyəti” yaradıldı: “Qaraçay biçənəyində qəza
rəisi Kozlyakovskinin adını daşıyan Kozlyakovka kəndi və Hil çöllərində
məşhur Qafqaz generalı Yermolovun şərəfinə eyni adlı kənd”. (107) Keçmiş
Quba qəza rəisinin soyadı ilə Zurabovka adlanan digər bir rus kəndinin adı az
sonra böyük knyaz canişin Mixail Nikolayeviçin şərəfində adı dəyişdirilərək
Mixaylovka adlandırılmışdı, sonralar Mixaylovkanın yaxınlığında yerli əhaliyə
mənsub olan Axtala ərazisində yeni Axtala yaxud Novo-Mixaylovka adlanan
qəsəbə yaradılmışdı. (108)
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




