43
amillə izah etməsi diqqətəlayiqdir: “Nikolayevka kəndində dinin tərəqqisi
iqtisadi maarifçiliklə müşayiət olunmalıdır” – deyən A.Yunitski həmin
məsələdə qədim türk məskəni olmuş Xuç kəndində yerləşən bu pravo-
slav cəmiyyətinə xüsusi rol ayırırdı: “Bu qəsəbəyə tarixən onu əhatə edən
yadmənşəli və yadməzhəbli xalqların arasında rus dini və mədəni-maarifi
nahiyəsi olmaq vəzifəsi həvalə edilib. Lakin qəsəbə özü hələ inkişafda çox
aşağı səviyyədədir və bu halda heç cür öz missiyasının öhdəsindən gələ
bilməz”. (112)
Qeyd edilməlidir ki, bu dövrdə Quba qəzasının ”yadmənşəli və
yadməzhəbli xalqları” arasında mədəni-maarifçilik missiyasını hər bir etnik
qrupun ənənəvi dini-ruhani strukturları yerinə yetirməkdə davam edirdi.
Məsələn, Quba şəhərində bir neçə məscid: Cümə məscidi, XIX əsrin birinci
yarısının tanınmış ensiklopedist-alimi Abbasqulu ağa Bakıxanovun şərəfinə
arvadı tərəfindən tikilmiş Səkinə xanım məscidi, Ərdəbil məscidi, və digərləri
mövcud idi. Məscidlər, ibadət evləri və xanəgahlar quberniyanın müsəlman
kəndlərində də var idi. Həm şiə, həm də sünni müsəlman ruhaniliyi qəzanın
sosial iyerarxiyasında əsas mövqelərdən birini tuturdu. Məsələn, 1813-
cü ildə təkcə Quba şəhərində 122, 1856-cı ildə – 255 din xadimi var idi,
həmçinin hər bir kəndin özünün aşağı rütbəli ruhanisi – mollası, seyidi var idi.
Şəhərin maarifləndirilmə sistemində əsas rolu müsəlman ruhani məktəbləri
oynayırdı. Sabit tədris proqramı olmayan bu müəssisələrdə dərslər ərəb və
fars dillərində keçirilirdi, lakin tədris müntəzəm olmadığından şagirdlərin
böyük hissəsinin təhsili, bir qayda olaraq, son nəticədə natamam qalırdı.
Şəhərdə həmçinin digər dini məktəblər: 1897-ci ildə açılmış rus pravo-
slav kilsə-prixod məktəbi, Yəhudi qəsəbəsində (Slobodada) isə yəhudi kilsə
məktəbləri (“xederlər”) fəaliyyət göstərirdi. Demək olar ki, bütün sinaqoqların
yanında xederlər mövcud idi, burada tədris prosesinə keşişlər – ravvinlər
və onların köməkçiləri rəhbərlik edirdilər. Ermənilərin də öz kilsələri, din
xadimləri, məktəbləri var idi.
“Tədris sisteminin bütün mühafizəkarlığına və geriliyinə baxmayaraq,
qeyd etmək lazımdır ki, Qubada ictimai məktəblərin hədsiz dərəcədə
az olduğu bir şəraitdə yerli ruhani məktəbləri şəhər əhalisinin maariflən-
dirilməsinin inkişafında hər halda müəyyən rol oynayırdı”. (113)
Qubada ilk tək sinifli ibtidai dövlət məktəbi 1854-cü ildə açılmış, 1870-
ci ildə isə o, ikisinifli məktəbə çevrilmişdir. Şəhərdə dördsinifli məktəb ancaq
1908-ci ildə açılmışdır. ХХ əsrin əvvəlində Qubada Azərbaycan, rus və fars
dillərinin öyrədildiyi rus-azərbaycanlı məktəbi fəaliyyət göstərməyə başlayır.
1898-ci ilin mart ayında Bakı quberniyasında ilk 5 illik tədris proqramı üzrə
bağçılıq və tərəvəzçilik məktəbi məhz Qubada açılmış və 1915-ci ilin iyun
ayınadək fəaliyyət göstərmişdir. Şəhərdə qadın təhsilinin vəziyyəti olduqca
yarıtmaz idi. Məktəblərin nəzdində kiçik qadın şöbələrindən başqa, 1904-
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




