Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
44
cü ildə Quba şəhərində yeganə “yeni üsullu” (üsuli-cədid) qadın məktəbi
təşkil edilmişdir. Ümumilikdə isə, şəhər əhalisinin savadlılığına görə Quba
Azərbaycanın bir çox şəhərlərindən geri qalırdı. (114)
Qubanın mədəni həyatı 1830-cu illərin əvvəlindən başlayaraq görkəmli
tarixçi, filosof, maarifçi və yazıçı, II Mirzə Məhəmməd Xanın oğlu, çar ordu-
sunun podpolkovniki Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığı ilə
bağlı idi. O, istefaya çıxdıqdan sonra, 1835-ci ildən həyatının sonunadək,
demək olar ki, əsərlərinin böyük hissəsini yazmış olduğu Qubada yaşamışdır.
A.Bakıxanovun əsas əsəri – yazıldığı dövr üçün misilsiz sayılan və öz
əhəmiyyətini bu günədək qoruyub saxlayan “Gülistani-İrəm” onun doğma eli
olan Şirvanın və Dağıstanın çoxəsrlik tarixinə həsr edilmişdir. A.A.Bakıxanov,
bu son dərəcə qiymətli tarixi əsəri ilə yanaşı, özünün bütün yaradıcılığı və
fəaliyyəti ilə yerli ədəbiyyatın və poeziyanın inkişafında böyük rol oynamış,
onun təşəbbüsü ilə Qubada tanınmış Quba şairlərinin, yerli ziyalıların iştirakı
ilə “Gülüstan” ədəbi cəmiyyəti (“məclisi”) yaradılmışdır.
1874-cü ildən Qubada yerli həvəskar rus aktyor truppası tərəfindən
ilk teatr tamaşaları təşkil edilməyə başlanır. Azərbaycan dilində isə ilk
teatr tamaşası yalnız XIX əsrin sonunda göstərilmişdir: 17 avqust 1896-cı
ildə M.F.Axundovun “Müsyö Jordan haqqında povest” komediyası böyük
uğurla nümayiş etdirilmişdir. Teatr tamaşaları sonralar da müntəzəm olaraq
təşkil edilirdi. XX əsrin əvvəlində Qubada “Nicat” müsəlman mədəni-maarif
cəmiyyətinin dram şöbəsi yaradılmışdı. (115)
Lakin, XIX əsrin 70-ci illərinin ikinci yarısı qubalılar üçün təkcə can-
lanmaqda olan mədəni-maarif həyatı ilə deyil, həm də kəndli hərəkatının
fəallaşması ilə yadda qalır. Artıq qeyd edildiyi kimi, Rusiya hökumətinin
1870-ci ilin islahatlarından sonra azərbaycanlı kəndlilərin vəziyyətində
əhəmiyyətli dəyişikliklər baş verməmişdi. Torpağın azlığı, natural və pul
vergi və mükəlləfiyyətlərinin ağırlığı, suvarma üçün suyun çatışmazlığı,
kəndlilərin hüquqi baxımdan hüquqsuzluğu, çar rejiminin müstəmləkəçilik
aqrar siyasəti, kənddə kapitalist münasibətlərinin inkişafı ilə bağlı sosial
təbəqələşmənin güclənməsi, ağır mənzil-məişət şəraiti bütün Azərbaycan
qəzalarının kəndlilərini müxtəlif mübarizə formalarına əl atmağa vadar edirdi.
Kəndlilərin narazılıqları müxtəlif instansiyalara şikayət və ərizələr yazılması,
mükəlləfiyyətlərin ödənilməsindən boyun qaçırılması, meşələrin qırılması
və mülkədarların mülk və evlərinin yandırılmasından tutmuş kəndlilərlə
çar hakimiyyəti arasında silahlı toqquşmalaradək etiraz üsullarında əks
olunurdu. Bu sonuncu halda Azərbaycan kəndlilərinin ən böyük torpaq
mülkiyyətçisi olan çar hakimiyyətinə qarşı silahlı kütləvi çıxışlarının səbəbləri
artıq dini-milli-azadlıq meylləri ilə üst-üstə düşməyə başlayırdı ki, bu da
ruhanilərin, qismən yerli feodalların və ümumən həmin dövrdə yaranmış si-
yasi vəziyyətin təsiri altında, getdikcə güclənirdi. 1877-ci ildə Quba və Nuxa




