Background Image
Previous Page  49 / 324 Next Page
Information
Show Menu
Previous Page 49 / 324 Next Page
Page Background

45

qəzalarında, o cümlədən Zaqatala dairəsində baş verən kəndli çıxışları bu-

nun parlaq nümunəsi ola bilər.

Azərbaycan qəzalarındakı bu kəndli çıxışları Rusiyada istər xarici,

istərsə də daxili siyasi vəziyyətin kəskinləşdiyi şəraitdə baş verməklə yanaşı

Qafqaz dağ xalqlarının yeni mübarizə dalğası ilə eyni vaxta təsadüf etdi.

1877-ci ilin aprelində Rusiya Türkiyəyə qarşı müharibə elan etdi və bu hadisə

Qafqaz xalqları tərəfindən xüsusilə mənfi qarşılandı. Qeyd edilməlidir ki, bu

dövr Şimalı Qafqazda 1859-cu ildə darmadağın edilmiş Şeyx Şamil hərəkatı

liderlərinin və müridizm daşıyıcılarının övlad və davamçılarının mövqeləri

kifayət qədər güclü idi və çox keçmədən İçkeriyada – Çeçenistanda, ardınca

da Dağıstanda ümumi üsyan başlanır.

15 sentyabr 1877-ci ildə üsyançı dağlı dəstələri Samur çayını keçərək,

Xudat və Yalama poçt stansiyalarını dağıtdıqdan sonra Quba qəzasına daxil

oldular. Dağlıların təsiri altında Quba qəzasının özündə üsyan başlandı. (116)

Samur, Kürə və Quba qiyamçıları birlikdə hərəkət edərək Qusardakı mənzil-

qərargaha həmlə edir, hökumət qoşunlarına qarşı fəal mübarizə aparır, yerli

mülkədarların və çar ordusuna xidmət edənlərin mülklərinə hücumlar edərək

onların əmlaklarını öz aralarında bölürdülər. Oktyabrın sonu – noyabrın

əvvəlində üsyan Nuxa qəzasını və Zaqatala dairəsini də bürüdü. (117)

Çar hökuməti üsyanı yatırmaq üçün qiyamçılara qarşı təcili surətdə

iri hərbi qüvvələr göndərdi. Ter əyalətindən, Bakıdan, Krasnovodskdan və

Rusiyanın daxili quberniyalarından qoşunlar buraya gətirildi. Üsyanın əsas

iştirakçıları kəndlilərin yoxsul və orta təbəqələri, habelə müəyyən mərhələdə

onlara qoşulmuş və hətta üsyana rəhbərlik edən bəylər və feodallardan

ibarət idi: belə ki, üsyana poruçik Məmməd Əli bəy, kapitan Əhməd bəy və

podporuçik Həsən bəy başçılıq edirdilər. Üsyançıların qərargahı Köhnə Xu-

dat kəndində yerləşirdi və qəzanın hər yerindən kəndlilər bura axışıb gələrək

üsyançılara qoşulurdu. Yerli zəngin təbəqənin nümayəndələrinin böyük

hissəsi üsyana qarşı çıxış edirdi.

Üsyanın xarakterik əlaməti onun açıq şəkildə ifadə olunan antiçar və

antixristian istiqaməti idi ki, çar qoşunları ilə açıq-aşkar qarşıdurma ilə yanaşı,

üsyançıların xristian dininə mənsub olan şəxslərə, hətta hakim sinfə mənsub

olmayanlara da zərər yetirməsi buna dəlalət edirdi. Məsələn, 1877-ci ilin

noyabrında “qəzəblənmiş dağıstanlılar və “qonşu kəndin tatar əhalisi” rus

kəndi Mixaylovkaya hücum edərək, onu talan etmiş və yandırmışlar. Basqın

haqqında əvvəlcədən xəbərdar edilmiş kənd sakinləri öz evlərini vaxtında

tərk edə bilmişdilər, lakin, kəndin kilsəsindəki ikonalar təhqir edilmiş, zəngi

sındırılıb Kubinka çayına atılmış, kilsənin özü isə yandırıl-mışdı. (118) Onu

da qeyd etmək lazımdır ki, üsyançı kəndlilər yerli feodalların hamısına deyil,

yalnız çar rejiminin tərəfində olanlara qarşı çıxış edirdilər.

1877-ci ilin üsyanı qan içində yatırıldı, onun bütün iştirakçıları - Qafqaz

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi