Background Image
Previous Page  50 / 324 Next Page
Information
Show Menu
Previous Page 50 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

46

dağlıları, qubalılar, nuxalılar və başqaları amansızcasına cəzalandırıldı. Daha

fəal üsyançılar hərbi-səhra məhkəməsinə verildi, üsyanın bütün rəhbərləri və

onların yaxın silahdaşları – 300 nəfərdən artıq adam edam edildi. Dağıstanın

8 əyalətindən, habelə Quba qəzasından yaşından, cinsindən, və günahının

dərəcəsindən asılı olmayaraq, 5 000 nəfərə yaxın adam sürgün edildi. Onlar-

dan çoxu aclıqdan və adət etmədikləri iqlim şəraitindən həlak oldular. Hətta

üsyan yatırıldıqdan sonra da kəndlilərin köçürülməsi davam edir, üsyançılar

tərəfindən vurulmuş zərərin ödənilməsi bəhanəsi ilə onlara vergi və müxtəlif

növ töycülər tətbiq olunurdu. Edam edilmiş və köçürülmüş sakinlərin

torpaqları müsadirə olunaraq zəngin zümrənin üsyanın yatırılmasında

iştirak etmiş yerli nümayəndələrinə paylanılırdı. “Hakimiyyət qəddarlaşmış,

bəylər özbaşınalıq edirlər... Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviç

görülən bu sərt tədbirlərə onunla haqq qazandırırdı ki, üsyanın yalnız əsas

səbəbkarlarının cəzalandırılması heç də həmişə vəziyyətdən çıxış nümunəsi

və yerdə qalan əhaliyə xəbərdarlıq kimi qəbul oluna bilməz”. (119) Buna

görə, gələcəkdə mümkün itaətsizliyə “xəbərdarlıq” kimi bir çox günahsız in-

sanlar cəzalandırılmışdı. Üsyan zamanı çar hakimiyyətinə və əhaliyə vurulan

zərərin ümumi həcmi 233 972 rubla çatmışdı və çar hökuməti “qəzanın büt-

ün əhalisini üsyanda fəal iştirakına və ya üsyançılara yardım etməsinə görə

cəzalandırmaq”niyyətində idi. Lakin52800adamınhamısınıncəzalandırılması

“qətiyyən siyasi və iqtisadi münasibətlər çərçivəsinə sığmırdı” və bu da

qubalıların öz əzəli torpaqlarından kütləvi surətdə köçürülməsinin qarşısını

aldı. (120)

Növbəti illərdə Azərbaycanda kəndli çıxışları qaçaq hərəkatı formasını

aldı: çar hökumətinə və mülkədarlara qarşı partizan üsulları ilə mübarizə

aparan və xalq tərəfindən geniş dəstəklənən qaçaqlar – xalq qisasçıları ortaya

çıxdı. Quba qəzasında qaçaq Məşədi Məcid, Şıxzadə və digərləri çox məşhur

idilər. Qaçaqlar hakimiyyət tərəfindən ən ciddi şəkildə cəzalandırılır, onlara

qarşı bir qayda olaraq ölüm və ya müddətsiz katorqa hökmləri çıxarılırdı. Cəza

tədbirləri qaçaqlara göstərilən köməyə görə əhaliyə qarşı da tətbiq olunurdu

və kənd cəmiyyətləri özləri starosta-starşina seçmək hüququndan məhrum

edilirdilər. Belə hallarda starşina yeni hakimiyyət tərəfindən təyin edilir, ona

kömək etmək üçün bir neçə gözətçi verilir, onların saxlanılması üçün vəsait

isə kəndlilərin özlərindən bərabər qaydada alınırdı. Kəndləri bu hüquqdan

məhrum edilmiş Azərbaycan qəzaları arasında Quba qəzası xüsusilə seçi-

lirdi – 46 %, bu da qəzada qaçaq hərəkatının fəallığından xəbər verirdi. (121)

Ayrı-ayrı qaçaqların həbs edilməsinə və bir sıra qaçaq dəstələrinin məhv

edilməsinə baxmayaraq, hakimiyyət XX əsrin 30-cu illərinədək davam edən

qaçaq hərəkatını tam yatıra bilməmişdi.