47
* * *
Quba kəndlilərinin 1877-ci il üsyanı yatırıldıqdan sonra Quba
qəzasının ictimai-siyasi həyatında demək olar ki, yarım əsrə qədər nisbi
sakitlik dövrü (permanent xarakter alan qaçaq hərəkatı nəzərə alınmadan)
hökm sürmüşdür. XX əsrin müjdəçisi olan siyasi ideyalar da qubalıların
həyatına daxil ola bilmir. Hərçənd ilk rus inqilabı dövründə (1905-1907)
Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) Bakı Komitəsi dəfələrlə
Qubaya öz təbliğatçılarını göndərmək cəhdləri edir, həmçinin qəzada 49
qısamüddətli çıxışlarla ifadə olunan kəndli hərəkatı yenidən güclənir. (122)
Hətta XX əsrin əvvəllərində Cənubi Qafqazda ən qanlı hadisələr – sonradan
millətlərarası qırğına çevrilən və 1905-1907-ci illərdə demək olar ki, bütün
Azərbaycanı, habelə Tiflis quberniyasını əhatə edən ilk erməni-azərbaycanlı
qarşıdurması Quba qəzasından yan keçir. Bir hissəsi Quba şəhərində, bir
hissəsi də kəndlərdə yaşayan azsaylı Quba erməniləri bu zaman hər hansı
bir təcavüzkarlıq nümayiş etdirmir, Quba qəzasının yerli erməni əhalisindən
sayca dəfələrlə üstün olan müsəlman əhalisi isə bütün Cənubi Qafqazın istər
erməni, istərsə də Azərbaycan mühitində hökm sürən ümumi qarşılıqlı nifrət
və qisasçılıq əhval ruhiyyəsinin təsiri altına düşmür.
Rusiya İmperiyasının siyasi əsaslarını surətdə sarsıdan birinci dünya
müharibəsi illəri, onun ardınca iki inqilabın – Fevral və Oktyabr inqilablarının
baş verdiyi 1917-ci il hadisələri, Quba qəzasının sabit və öz axarı ilə da-
vam edən həyatında hakimiyyətin dinc şəkildə əvəz olunması, şəhər və
kənd elitasının müəyyən hissəsinin siyasi baxımdan bir qədər fəallaşması,
ümumilikdə isə, əhalinin passiv şəkildə müşahidəçi mövqeyi ilə xarakterizə
olunurdu.
Petroqradda baş vermiş fevral inqilabı haqqında xəbərlər – 1917-ci ilin
martında Dövlət Dumasının çara tabe olmaqdan imtina etməsi, çarın taxtdan
əl çəkməsi və Müvəqqəti Hökumətin yaradılması Tiflisə – Cənubi Qafqazın
inzibati mərkəzinə 15 mart 1917-ci il tarixdə yetişir. Son vaxtlaradək qüdrətli
mərkəzin dəstəyindən məhrum olan imperiya aparatı döyüşsüz təslim olur:
dövlət müəssisələri sadəcə olaraq fəaliyyətini dayandırır. Qafqaz canişini,
böyük knyaz Nikolay Nikolayeviç dərhal vəzifədən gedir, Tiflis polisinin rəisi
isə həbs edilir. Cənubi Qafqaza nəzarəti əlində saxlamağa çalışan Müvəqqəti
Hökumət bu diyarın idarə edilməsi üçün 22 mart 1917-ci il tarixdə Dövlət
Dumasının üzvlərindən ibarət Xüsusi Zaqafqaz Komitəsini (XZAKOM) yaradır.
Lakin XZAKOM-nin əlində real hakimiyyətin, əyalətlərdə əlaqələrinin
olmaması ona gətirib çıxardı ki, Cənubi Qafqazda hakimiyyət faktiki olaraq
sovetlərin və digər inqilabi təşkilatların əlində cəmləşdi. Yaranmış vəziyyətdən
istifadə edən sosial-demokratlar hakimiyyətdə möhkəmlənməyə can atırdı.
Artıq 1917-ci ilin 16 mart tarixdə RSDFP-in Qafqaz Diyar Komitəsi konfrans
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




