Background Image
Previous Page  52 / 324 Next Page
Information
Show Menu
Previous Page 52 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

48

çağıraraq Cənubi Qafqazda “sosialist işinə” rəhbərlik etmək üçün icraiyyə

komitəsini seçdi, martın 18-də isə ali hakimiyyətin bir çox funksiyalarını

yerinə yetirməli olan Tiflis fəhlə və əsgər deputatları Soveti yaradıldı.

Fevral inqilabı ərəfəsində Cənubi Qafqazın inqilabi qüvvələri arasında

menşeviklər üstünlük təşkil edirdi və buna görə də inqilabi hadisələrin

inkişafının birinci mərhələsində Sovetlərə rəhbərlik onların əlinə keçdi.

Yaranan menşevik sovetləri, komitələri və digər təşkilatları əsasən rəsmi

hakimiyyət orqanları ilə birgə işləyirdi, onların XZAKOM-da öz nümayəndələri

var idi və Tiflis Sovetinin fəaliyyətinə onlar nəzarət edirdilər. Bolşeviklər bu

zaman digər siyasi qüvvələri kifayət qədər inqilabi olmamaqda və “burjuazi-

ya ilə əməkdaşlıqda” günahlandıraraq onlardan ayrılmağa və uzaqlaşmağa

yönəlmiş siyasi kurs seçmişdilər.

1917-ci il martın 19-da Bakıda da köhnə hakimiyyət strukturlarını özü

ilə əvəz etmək iddiasında olan fəhlə deputatları Soveti yaradıldı. Lakin, bu

Sovetlə yanaşı tam başqa əsaslarda fəaliyyət göstərən daha bir orqan – icti-

mai təşkilatların İcraiyyə Komitəsi də təşkil edildi ki, onun da tərkibinə bütün

milli partiya və qrupların, həmçinin Neft Sənayeçiləri İttifaqının, Bakı şəhər

Sovetinin və digər nümayəndələri daxil oldu. Bakı Sovetinin sədri Stepan

Şaumyan seçilmişdi, lakin tezliklə onu bu vəzifədə eser Sako Saakyan əvəz

etdi. Sovetdə sayca açıq-aşkar azlıq təşkil edən bolşeviklər artıq 1917-ci ilin

yayına doğru digər partiya və qrupların nümayəndələrinə qarşı birbaşa kon-

frontasiyaya keçdilər. 1917-ci ilin oktyabrında Sovetə yeni seçkilər keçirildi

və məlum oldu ki, səslərin çoxunu – 40% azərbaycanlıların milli qüvvələrini

təmsil edən “Müsavat” partiyası qazanmışdır. Rus əhalisinin əksəriyyətinin

səs verdiyi eserlər – sosial inqilabçılar və bütün ermənilərin yekdilliklə səs

verdiyi “Daşnaksütun” partiyaları da çox səs aldı. Bolşeviklər və menşeviklər

azlıqda qaldılar – onlara əsasən fəhlələr səs vermişdi. (123)

Sovetə seçkilər göstərdi ki, Bakıdakı siyasi güclər milli mənsubiyyət

üzrə ayrılır və bu amil bütün regionda gələcəkdə baş verəcək hadisələrin

xarakterini demək olar ki, əvvəlcədən müəyyən etdi.

Yeni hakimiyyətin qurulması ilə bağlı analoji vəziyyət Azərbaycanın

qəzalarında, o cümlədən Quba qəzasında da təkrar olundu. 1917-ci il martın

6-da Qubada vergi müfəttişi Aleksandr Canturaşvilinin sədrliyi altında yerli

məmurların, mülkədarların və ruhanilərin nümayəndələrinin daxil olduğu ic-

timai təşkilatların İcraiyyə Komitəsi yaradıldı. (124) XZAKOM qəza komissarı

vəzifəsinə keçmiş rus ordusunun kapitanı, Qubanın ən iri mülkədarlarından

biri olan Əli bəy Zizikskini təyin etdi. (125)

Eyni zamanda, Quba şəhərində yerləşən hərbi hissələrdə əsgər

deputatları Soveti yaradıldı, 1917-ci ilin mart ayının ortalarında isə “tərkibinə

500 fəhlə və qulluqçu tərəfindən 14 nümayəndənin seçildiyi” fəhlə deputatları

Soveti təşkil edildi. (126) Bu Sovetin İcraiyyə komitəsinin tərkibi 4 nəfərdən