Background Image
Previous Page  53 / 324 Next Page
Information
Show Menu
Previous Page 53 / 324 Next Page
Page Background

49

ibarət idi. Fəhlə və kəndli deputatları Sovetlərində eserlərin, menşeviklərin

və burjua millətçilərinin nümayəndələri çoxluq təşkil edirdi. (127) Beləliklə,

Quba qəzasında da ikihakimiyyətlilik bərqərar oldu.

Yaranmış vəziyyətdən narahat olan bolşeviklər, “Hümmət” və

“Ədalət” bolşevik təşkilatları vasitəsilə şəhərin müsəlman əhalisi arasında

öz fəaliyyətlərini genişləndirməyə başladılar və H.Sultanovun və M.İsrafil-

bəyovun səyləri nəticəsində Quba qəzasında “Hümmət” təşkilatının şöbəsini

yaratdılar. 1917-ci ilin aprel ayının əvvəlində Quba şəhərində 17 nəfərin

iştirakı ilə yerli bolşevik fəallarının təsisedici yığıncağı keçirildi və həmin

yığıncaq konfrans elan edilərək, RSDFP-in Quba qəza komitəsini yaradıldı.

(128) Quba bolşevikləri əsasən Quba və Qusarda yerləşən yerli qarnizonların

əsgərləri arasında və qulluqçu kollektivlərinin mövcud olduğu ərazilərdə

iş aparırdılar. Məsələn, Xaçmaz və Dəvəçi stansiyalarının dəmiryolçuları

arasında partiya özəklərini yaratmaq, Deqtyarov qardaşlarının Qızıl-Burun

balıq vətəgəsinin və Şollar-Bakı su kəmərinin fəhlələrinin tətillərini təşkil

etmək mümkün olmuşdu. (129)

Bu dövr Quba qəzasının azərbaycanlı əhalisi də fəallaşırdı. Milli

ziyalıların nümayəndələri “Müsavat” milli-demokrat partiyasının qəzada

şöbələrini yaratmağa başladılar. Partiyanın Quba şöbəsinin təşkilatçısı Əbil

Qasım Rüstəmov, “Müsavat” partiyasının qəza komitəsinin sədr müavini

Qubanın tanınmış bəy nəslinin nümayəndələrindən biri olan Əli Pənah bəy

Şəfibəyov idi. (130) 1917-ci ilin iyul ayında “Müsavat” partiyasının şöbələri

Dəvəçidə, Dəvəçi nahiyəsinin Qələgah kəndində və digər iri kəndlərdə də

yarandı. (131) Az sonra Quba cəmiyyətinin tanınmış nümayəndələri – Əli

bəy Zizikski, Həmdulla Əfəndi Əfəndizadə və başqaları tərəfindən Quba

qəzasında həmçinin “İttihad” dini-siyasi partiyasının şöbəsi yaradıldı. (132)

Siyasi partiyalarla yanaşı 1917-ci ilin mayında Qubada əsasən

mülkədarların, tacirlərin və ruhanilərin nümayəndələrinin daxil olduğu

Müsəlman milli komitələri təşkil edildi. (133)

Lakin yaranmış hakimiyyət strukturlarından heç biri mövcud aqrar

münasibətləri – Azərbaycanın və Cənubi Qafqazın bütün qəzalarında olduğu

kimi Quba qəzasında da on illər ərzində sosial-siyasi sabitliyin başlıca

müəyyənedici faktoru olan ən əsas problemi dəyişmək iqtidarında deyildi.

İkihakimiyyətliliyin yaratdığı vəziyyətdən və yaxud ümumiyyətlə heç bir

hakimiyyətin olmadığından istifadə edən kəndlilər əvvəllər çar hakimiyyəti

və mülkədarlar tərəfindən onlardan alınmış torpaqlarının qaytarılmasını tələb

edir, bəzən isə həmin torpaqları özbaşına geri qaytarmağa cəhd edirdilər.

XZAKOM Rusiyadakı Müvəqqəti Hökumətin mövqeyini ifadə edərək,

xəzinə və xüsusi mülkiyyət torpaqlarının kəndlilərə veriləcəyini vəd edir, lakin

eyni zamanda Təsisedici qurultay tərəfindən aqrar məsələ həll edilənədək,

onları gözləməyə çağırırdı. Bolşeviklər isə, əksinə, kəndliləri yubanmadan

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi