Background Image
Previous Page  54 / 324 Next Page
Information
Show Menu
Previous Page 54 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

50

mülkədar torpaqlarını mütəşəkkil şəkildə ələ keçirməyə və müsadirə etməyə

çağırırdı ki, bu da əhali arasında hökm sürən əhval-ruhiyyəyə daha çox

uyğun gəlirdi. Hərçənd həmin dövr Azərbaycan kəndlərində bolşeviklərin

hər hansı bir fəal fəaliyyəti barəsində söhbət ola bilməzdi. Bununla belə,

artıq 1917-ci ilin mart ayından etibarən bütün Azərbaycan qəzalarında

kəndlilər tərəfindən dövlət meşələrinin kütləvi şəkildə qırılması, torpaq və

su sahələrinin zəbt edilməsi, vergilərin, icarə haqqının ödənilməsindən im-

tina və sair halların sayı sürətlə artmağa başladı. Quba qəzasında “irimiqyaslı

iğtişaşlar” haqqında ilk məlumatlar 1917-ci ilin aprel ayında gəldi və məlum

oldu ki, “kəndlilər vəliəhd Rılskinin “Vələmir” mülkünü ələ keçiriblər,...

və azğınlıqları davam etdirərək arpa cücərtilərini məhv edir, mal-qaranı

oğurlayır, mülkün fəhlələrini sahə işlərinə buraxmır, hazırlanmış odunun

meşədən çıxarılmasına imkan vermir və torpaqları zəbt edirdilər”. (134)

Həmin ilin yayında Müşkür nahiyəsinin Zeyid kənd cəmiyyətinə daxil olan

Şıxqapıt kəndinin kəndliləri Şıxlar bəylərinə qarşı çıxış etmişdilər. (135)

Kəndlilərin özbaşına hərəkətlərinə müəyyən mənada anarxiya və

çoxhakimiyyətlilik nəticəsində əmələ gəlmiş ərzaq problemi də güclü təkan

verirdi. Bakı quberniyası ərzaq komitəsinin protokolundan göründüyü kimi,

1917-ci ilin mayında Quba qəzasında da ağır vəziyyət yaranmışdı: “Quba

qəzası iki rayona: taxılı olmayan dağlıq və taxıllı aran rayonlarına bölünür.

Lakin aran rayonundan taxıl, polis pristavlarından tutmuş dəmiryolçulara

və meşə keşikçilərinədək, hər kəs tərəfindən çıxarılırdı. Beləliklə də demək

olar ki, taxılın hamısı çıxarılmışdı. Lakin aran hissədə hələ ehtiyatlar var və

komissar onları aşkar etmişdir. Dağlıq hissədə isə elə kəndlər var ki, əsil aclıq

hökm sürür. ...Qubada ərzaq komitəsi düzgün fəaliyyət göstərir. Kəndlərdə

komitələr təşkil edilir, amma çox böyük çətinliklə. Nə Quba, nə də Göyçay

qəzalarında nüfuzlu yerli hakimiyyət yoxdur. Hətta İcraiyyə komitələri də

yoxdur. Kənd cəmiyyətlərində katib yoxdur. Quba qəzasında dəmir yolunun

mühafizəsi təşkil edilmişdir. Gözətçilər əhalinin köməyi ilə mühafizə edirlər.

Əhali həm də ərzaq komitəsinə köməklik göstərir”. (136)

Bununla belə, Azərbaycanın digər qəzalara, xüsusilə kəndli çıxışlarının

vüsət aldığı Yelizavetpol və Qazax qəzalarına nisbətən, həm Quba şəhərinin

özündə, həm qəzada ümumən vəziyyət sabit idi, kəndlilər tərəfindən

mülkədar mülklərinin ələ keçirilməsi halları isə tək-tək baş verirdi. 1917-ci

ilin payızında başlanmış və 1918-ci ilin may ayının sonunadək Azərbaycanın

bir çox qəzalarını əhatə etmiş kəndli üsyanları hərəkatının yeni dalğası da

Quba qəzasından yan keçmişdir. Doğrudur, bu dövr Quba qəzasında da

kəndlilərinin ayrı-ayrı çıxışları baş vermişdi – məsələn, Qaraqurd və Hacı

Qurbanoba kəndlərinin sakinləri “knyaz V.P.Bebutovun onların torpaqları ilə

qonşu olan mülklərini” ələ keçirmişdilər (137), Dəvəçi nahiyəsində bir neçə

kəndin sakinləri “mülkədar mülklərinə hücum etmiş, torpaqlarını zəbt etmiş