Background Image
Previous Page  55 / 324 Next Page
Information
Show Menu
Previous Page 55 / 324 Next Page
Page Background

51

və öz aralarında bölmüşdülər”. (138) Bununla belə, qəzada kəndli çıxışları

kütləvi hal almamış və Yelizavetpol, Nuxa və digər qəzalardakı silahlı kəndli

çıxışları üçün xarakterik olan zorakılıq və amansızlıqla müşayiət edilməmişdir.

Burada qeyd etmək lazımdır ki, XZAKOM-a, daha sonra onun yerinə

yaradılmış Zaqafqaziya Komissarlığına tabe olan Qubanın yerli hakimiyyət

orqanlarında təmsil olunan Quba bəyləri, mülkədarları, məmurlar və yer-

li ziyalılar vəziyyətə ümumilikdə nəzarət edir və zərurət olduqda, öz silahlı

dəstələrinin gücü ilə həm kəndli çıxışlarının, həm də ayrı-ayrı silahlı qrupların

qanunsuz hərəkətlərinin qarşısını alırdılar. Məsələn, belə silahlı əməliyyatlardan

biri Əli bəy Zizikskinin “drujinaları” tərəfindən 1918-ci ilin yanvarında Xaçmaz-

da aparılmışdı. (139) Ə.b.Zizikskinin dəstələri eyni zamanda qəzanınmüsəlman

əhalisinin təhlükəsizliyi üçün təminat funksiyasını yerinə yetirirdilər. Belə ki,

bu dövr, yəni 1917-ci ilin payızından 1918-ci ilin yanvarınadək - qəzada Qaf-

qaz cəbhəsindən, çox zaman əlində silah ilə, qayıdan rus, yəhudi və erməni

əsgərlərindən ibarət silahlı dəstələr meydana çıxmışdı. Bu dəstələr mülkədar

malikanələrinin, evlərin və s. talan və qarət olunması ilə məşğul olurdular. Yer-

li hakimiyyətin onları tərksilah etmək cəhdləri çox vaxt silahlı toqquşmalara

səbəb olurdu ki, bu da bəzən milli zəmində qarşıdurma təsəvvürü yaradırdı.

Bununla belə, həmin dövr qəzada vəziyyətin ümumən nəzarət altında

olduğunu söyləməyə əsas vardır ki, bu da bir çox hallarda elə Ə.b.Zizikskinin

dəstələri sayəsində mümkün olmuşdu. (140)

Qeyd edilməlidir ki, az sonra azərbaycanlıların milli-azadlıq hərəkatı-

nın fəal iştirakçılarından birinə çevrilən, Azərbaycan Parlamentinin gələcək

üzvü, qəza komissarı Əli bəy Zizikski, qəzada hakimiyyətin Bakı Sovetinə

keçməsi və ya zəbt edilməsi cəhdlərinin də qarşısını almağa çalışaraq, əslində

öz dəstələri ilə qəzada siyasi vəziyyətə nəzarət edirdi. (141)

Digər ictimai xadim, Quba qəzasında tanınmış və nüfuzlu şəxslərdən

biri, həmçinin Azərbaycan parlamentinin gələcək üzvü – Həmdulla Əfəndi

Əfəndizadə qəzanın Dəvəçi nahiyəsində sakitliyi və sabitliyi təmin edirdi. (142)

Əlbəttə ki, belə şəraitdə Quba fəhlə, əsgər və matros deputatları Sove-

tində təmsil olunan inqilabi qüvvələrinin qəzada təkhakimiyyətliyə nail ol-

maq uğrunda hər hansı bir uğurlu mübarizəsindən söhbət gedə bilməzdi.

Buna baxmayaraq, 1917-ci ilin ortalarından başlayaraq, Qubada

əsas mübarizə iki hakimiyyət strukturu arasında deyil, Sovetin özündə,

bolşeviklərlə eser-menşeviklər arasında gedirdi ki, burada birincilər heç cür

çoxluq əldə edə bilmirdilər. Azərbaycan qəzalarında, o cümlədən Qubada

“Sovetlərin bolşevikləşdirilməsinin” ləngiməsi səbəbini, qismən “sosial və milli

münasibətlərin mürəkkəb şəkildə uzlaşması, milli və xırda burjua partiyaları

və qruplarına qarşı mübarizənin çətinlikləri ilə” izah etmək olardı. (143) La-

kin, hətta Sovetlər kimi inqilabi bir orqanda mötədil siyasi xətt tərəfdarlarının

üstünlük təşkil etməsi faktı özlüyündə onu göstərirdi ki, Azərbaycanın istər

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi