Background Image
Previous Page  56 / 324 Next Page
Information
Show Menu
Previous Page 56 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

52

siyasi cəhətdən fəal, istərsə də geniş xalq kütlələri hakimiyyət dəyişikliklərinin

və digər problemlərin həllinin zorakılıq yolu ilə həyata keçirilməsini qəbul

etmirlər. Buna baxmayaraq, bolşeviklər əhalinin ayrı-ayrı qrupları, əsasən,

rus kəndlərinin sakinləri, Quba və Qusar qarnizonlarının əsgərləri arasında

fəaliyyətlərini davam etdirirdilər. 1917-ci ilin iyun ayında onların təşəbbüsü

ilə Qubada Kəndli İttifaq Komitəsi yaradıldı. Komitə kəndlilər arasında

onların öz maraqlarını mülkədar və bəylərdən müdafiə etməsi üçün iş

aparmalı idi. (144) Avqustun sonunda bolşeviklər həmin Komitənin, habelə

rus əsgər və fəhlələrin köməkliyi ilə Sovetlərin yenidən təşkil edilməsi üçün

təkrar seçkilərin keçirilməsinə nail oldular. Lakin, 6 nəfərdən ibarət olan

yeni Sovetin rəyasət heyətində yalnız 3 nəfər bolşevik var idi. Belə nəticə

ilə qane olmayan bolşeviklər 1917-ci ilin oktyabrında yenidən Quba fəhlə

və əsgər deputatları Sovetinin iclasının keçirilməsinə nail oldular və bu-

rada “bolşevik və sazişçi partiyalar arasında kəskin ideya toqquşması baş

verdi. Sazişçilər zəhmətkeşlərin güclü təzyiqi altında geri çəkilməli oldu-

lar. Menşevik-eser icraiyyə komitəsi istefa verdi, Q.Musabəyovun sədrliyi

ilə tərkibində bolşeviklərin çoxluq təşkil etdiyi Sovetin müvəqqəti icraiyyə

komitəsi seçildi. Bolşeviklərdən onun tərkibinə M.N.Yaqubov, M.M.Mehdiyev,

Y.M.Məmmədov və b. seçildilər”. (145)

Lakin, Quba qəzasında hakimiyyətin yalnız bir qolunda üstünlük əldə

etmiş bolşeviklər nəinki bütövlükdə qəza və ya Quba şəhərinə, hətta ayrı-ayrı

yaşayış nahiyələrinə belə nəzarət etmək gücündə deyildilər. Nəticədə onların

qəzada bütün əsas fəaliyyəti yalnız Xaçmaz dəmiryolu stansiyası fəhlələrinin

həmkarlar ittifaqının təşkili, həmin həmkarlar ittifaqının təşəbbüsü ilə dəmir

yolunun milis mühafizəsinin yaradılması və rus kəndlilərinin iştirakı ilə heç

bir əhəmiyyəti olmayan “Sovet hakimiyyətinin dəstəklənməsi haqqında”

qətnamələrin qəbul edildiyi bir neçə yığıncağın keçirilməsi ilə məhdudlaşdı.

Belə iclaslardan biri Qusar, Nikolayevka, Petropavlovka, Alekseyevka, Mixay-

lovka, Borispol, Novo-Mixaylovka, Şibyakin kəndlərinin və Drujba xutorunun

kəndlilərinin iştirakı ilə Müşkür nahiyəsinin Yelenovka kəndində keçirilmişdi

ki, kəndlərin adları özlüyündə bolşeviklərin nüfuz dairəsini göstərirdi. (146)

1918-ci ildə martın 12-də isə bolşeviklərin əsas şüarını - öz məqsədlərinə si-

lah gücünə nail olmaq şüarını əldə rəhbər tutaraq, “Quba qəzası kəndlilərinin”

yığıncağı artıq aşağıdakı məzmunda qətnamə qəbul etmişdi: “1. Vahid Sovet

hakimiyyətini tanıyaraq, fəhlə, əsgər və matros deputatları Sovetindən bizə

mümkün olan müdafiə və dəstək göstərilməsini xahiş edirik. Quba qəza

komissarına kəndlilərin və onların əmlakının müdafiəsi üzrə ciddi və təsirli

tədbirlərin görülməsi tapşırılsın. Şəxsi döyüş qüvvəmizin çatışmazlığını

nəzərə alaraq, fəhlə, əsgər və matros deputatları Sovetindən bizə döyüş

bacarığı olan real qüvvənin verilməsini xahiş edirik və o zaman bizim silaha

sarılmağa qadir olan gənclərimiz də bu təşkilatlanmış qüvvəyə qoşulacaqlar;