Background Image
Previous Page  57 / 324 Next Page
Information
Show Menu
Previous Page 57 / 324 Next Page
Page Background

53

2. İmkan daxilində qısa müddətdə istisnasız olaraq bütün millətlərdən qəza

kəndli qurultayının çağırılmasını Sovetlərdən xahiş edirik; 3. Silah daşıya

bilən bütün əhalinin özünü müdafiə məqsədilə silahlandırılmasını xahiş edi-

rik”. (147)

“Quba qəzasının kəndliləri” adlananların özlərini kimdən “müdafiə

etməyə” hazırlaşdığı qətnamədə dəqiqləşdirilmirdi. Lakin sənədin özü

bolşeviklərin Quba qəzasında öz hakimiyyətini silah yolu ilə qurmaq və yerli

əhalinin nümayəndələrini də məhz bu məqsədlə qabaqcadan silahlandırmaq

niyyətindən xəbər verirdi. Qəzanın rus əhalisinin, yəni özünün potensial

tərəfdarlarının azsaylı olmasını nəzərə alaraq, bolşeviklər digər millətlərin

etibarını da qazanmağa çalışırdılar. 1918-ci ilin mart ayının ortalarında,

“Hümmət” partiyasının rəhbərlərindən biri və RSDFP-nın (bolşevik) Bakı və

Şəhər komitələrinin üzvü, 1918-ci ilin yanvarında qızıl qvardiya dəstələrinin

təşkili üzrə komissiyaya seçilmiş Məşədi Əzizbəyov Xaçmaza gələrək bu-

rada bolşevik təşkilatlarının nümayəndələri ilə müşavirə keçirir və həmin

yığıncaqda Bakının təhlükəsizliyinin təminatı üçün Quba qəzasının mü-

hüm strateji əhəmiyyətini vurğulayır. Belə çıxırdı ki, guya bolşevikləri

Dağıstanda dağlılar hərəkatının güclənməsi narahat edir. (148) Bir neçə

gündən sonra Quba şəhərinin yəhudi qəsəbəsində, “Qırmızı qvardiyanın fəal

təşkilatçılarından biri olan İ.İfraimovun mənzilində bolşeviklərin müşavirəsi

keçirilir və qırmızı qvardiya dəstələrinin yaradıl-masının sürətləndirilməsi

qərara alınır”. (149)

Bolşeviklərin tərəfdarlarını mümkün qədər çox sayda silahlandırıl-

masının zəruriliyi müzakirə olunan bütün bu müşavirə və iclaslar artıq sadəcə

danışıqlar deyildi. İstər Bakı şəhərində, istərsə də qəzalarda hakimiyyətin

bolşeviklər tərəfindən ələ keçirilməsi üçün ciddi və planauyğun hazırlıqlar

gedirdi. Quba qəzası əhalisinin bolşeviklərin bu planlarından nə dərəcədə

xəbərdar olduğu məlum deyil. Lakin, artıq 1918-ci ilin mart ayının əvvəlində

Qubanın erməni əhalisinin bir hissəsi şəhərdəki evlərini tələsik sataraq

və yaxud müsəlman qonşularına onların ev və əmlaklarından muğayat

olmalarını xahiş edərək, Bakıya köçməyə başladılar.

Tezliklə başında Stepan Şaumyanın durduğu Bakı Soveti öz planlarını

həyata keçirməyə başladı və hadisələrin sonrakı inkişafı göstərdi ki, bu plan-

lar yalnız hakimiyyətin əldə edilməsi ilə məhdudlaşmırdı. Bakıda 1918-ci ilin

mart hadisələri bu yolda ilk mərhələ oldu.

* * *

1918-ci ilin mart ayının son günlərində Bakı Soveti “əksinqilab

elementlərlə mübarizə” şüarı altında irimiqyaslı silahlı aksiyaya başladı.

“Əksinqilabı element” adı altında başda “Müsavat” partiyası olmaqla

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi