Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
54
azərbaycanlıların milli qüvvələri nəzərdə tutulsa da bu “cəza aksiyası” Bakı
şəhərinin və onun ətraf kəndlərinin bütün müsəlman əhalisinə qarşı yönəldi
və başladığı andan kütləvi talan və qırğınlar xarakteri aldı. (150) Bu hərbi
əməliyyata “İnqilabı müdafiə komitəsi” adlı komitə rəhbərlik edirdi. “Bakı
şəhəri və onun rayonlarının ali hərbi-siyasi orqanı” elan edilən bu komitənin
tərkibinə bolşeviklərdən - S.G.Şaumyan, Q.Korqanov, P.Caparidze, İ.Suxartsev,
sağ eserlərin lideri S.Saakyan və “Daşnaksütun” partiyasının Bakı təşkilatının
rəhbəri S.Melik-Yolçuyan daxil edilmişdi. Komitədə azərbaycanlılardan
yeganə namizəd “əksinqilab elementlər ilə mübarizənin” ilk günlərində
dinc azərbaycanlı əhalisinə qarşı vəhşiliklərin miqyasından dəhşətə gəlmiş
bolşevik N.Nərimanov idi. Bir həftə davam edən, onun üç günü - martın
30-u axşamından aprelin 2-dək – xüsusilə kütləvi xarakter alan qırğın və ta-
lanlar nəticəsində Bakı şəhəri və qəzasının əsasən müsəlman-türk əhalisinin,
əksəriyyəti dinc sakinlərdən ibarət – “fəhlə və aralarında minlərlə qadının,
uşaqların və silah daşıya bilməyən adamların olduğu əhalinin məzlum
hissəsini” (151) təşkil edən – 12 min nəfər vəhşicəsinə qətlə yetirildi.
Şəhərin müsəlman məhəllələrində həmçinin on minlərlə ev, müsəl-
manlara məxsus sənaye, mülki, ticarət obyektləri, habelə azərbaycanlıların
sosial-mədəni və dini mərkəzlərini təcəssüm edən bir sıra binalar yandırıldı
və talan edildi. Bakının müsəlman əhalisinə vurulmuş maddi zərər, təkcə
istintaqa məlum olan faktlar əsasında, rublun (manatın) köhnə dəyəri ilə
təxminən 400.000.000 rubl təşkil edirdi. (152)
Mart hadisələrinin ilkin səbəbləri, gedişi, xüsusiyyətləri və nəticələri
üzərində ətraflı dayanmadan, (153) bunu qeyd etmək lazımdır ki, artıq
qanlı hadisələrin başladığı andan, müsəlman qırğınlarının rəhbərləri və
səbəbkarları, başda S.Şaumyan olmaqla, bu qırğınları ““Müsavat” partiyasından
olanmillətçilərinvəonlarınarxasıncagedənəksinqilabielementlərininqiyamının”,
sonradan isə – “vətəndaş müharibəsinin” yatırılması kimi qələmə verirdilər. (154)
Lakin, mart hadisələrinin mahiyyətinin bu “qiyam” və “vətəndaş müharibəsi”
şərhləri heç bir tənqidə davam gətirmir.
Mart hadisələri ərəfəsində Bakıda və onun ətrafında azərbaycanlıların,
o cümlədən ““Müsavat” partiyasından olan millətçilərin”, düşmənin 12 min-
lik “Qızıl ordusu” qarşısında “qiyam” qaldıracaq hər hansı iri hərbi birləş-
mələrinin olmaması (155) yalnız “Müsavat” partiyasının lideri Məmməd Əmin
Rəsulzadə tərəfindən deyil, həm də həmin hadisələrin digər iştirakçıları və
şahidləri tərəfindən təsdiq olunurdu.
M.Ə.Rəsulzadə bu məsələ ilə bağlı yazırdı: “Mart hadisələrində “Müsa-
vatı” günahlandırırlar. Bu tamamilə əsassız idi, belə ki, müharibə elan etmək
üçün heç olmasa müəyyən fiziki qüvvəyə malik olmaq lazım idi ki, bu da
“Müsavat”da yox idi”. (156)
Bu faktı 1918-ci il mart hadisələrinin mahiyyətini açıqlayan ilk so-




