55
vet tədqiqatçıları da, ümumən qərəzli mövqelərinə baxmayaraq, təsdiq
edirdilər: “Müsavat” partiyasının rəhbər özəyi 18 (30) mart günü döyüşlərin
başlayacağını gözləmirdi. Rayonlarda yerləşən müsavat qüvvələri şəhərə
çəkilib gətirilməmişdi. Həmin gün şəhərdə “Müsavat” partiyasının müntəzəm
hərbi hissələri yox idi”. (157)
Eyni millətdən olan on minlərlə dinc əhalinin öldürüldüyü və yaralan-
dığı 1918-ci ilin mart hadisələri vətəndaş müharibəsinin V.İ.Lenin tərəfindən
verilmiş tərifinə də uyğun gəlmirdi. Bolşevizm ideoloquna görə vətəndaş
müharibəsi “bir sinfin nümayəndələrinin əlində silah digər sinfə qarşı
apardığı sinfi mübarizənin ən kəskin forması”dır. (158)
Tamamilə aydındır ki, dinc müsəlman sakinlərin qırğınını törədən
silahlı erməni-daşnak dəstələrini (həmin dövrdə Qızıl Ordunun 70%-ini
onlar təşkil edirdi), habelə azərbaycanlı qırğınlarının hazırlanmasında və
həyata keçirilməsində böyük rol oynamış Erməni Milli Şurasının başçılıq et-
diyi Bakı şəhərinin çoxsaylı erməni əhalisini heç cür “sinif” kimi xarakterizə
etmək olmazdı. Yəqin ki, “əsil rus marksisti” kimi bu məqamı S.Şaumyan özü
də anlayırdı və mart hadisələrinin faciəvi miqyasları qarşısında baş vermiş
hadisələrə hər hansı bir izahat vermək məcburiyyəti qarşısında etiraf edirdi
ki, “Daşnaksütunun” iştirakı “vətəndaş müharibəsinə qismən milli qırğın xa-
rakteri vermişdir”. Lakin Şaumyan elə oradaca qırğınlara bəraət qazandırırdı:
“Lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verir-
dik... Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan
edilərdi”. (159)
Beləliklə, 1918-ci ilinmartında Bakı şəhərində baş verən faciəli hadisələr
faktiki olaraq bolşeviklər tərəfindən planlaşdırılmış, bolşevik-daşnak tande-
mi tərəfindən isə həyata keçirilmişdi.
Azərbaycanın tanınmış siyasi və ictimai xadimi, Bakı şəhərində hərbi
əməliyyatların dayandırılması məqsədilə bolşeviklərin ultimatumunu qəbul
etmiş Azərbaycan nümayəndə heyətinin üzvlərindən biri və hadisələrin
gedişində bolşeviklər tərəfindən həbs edilmiş Əli Mərdan bəy Topçubaşov
həmin günlər, hadisələrin isti izi ilə həmin qüvvələri azərbaycanlılara qarşı
münasibətdə çox dəqiqliklə xarakterizə edirdi: “Öz mahiyyətinə görə müdhiş
olan vətəndaş müharibəsi bolşeviklər tərəfindən yalnız onlara xas olan nifrət və
dağıdıcı instinktlə rəvac verilmiş kütləvi qırğınlara və dinc müsəlmanların qətlə
yetirilməsinə gətirib çıxarmışdır. Həm də bu yalnız bir məqsədlə – hakimiyyətə
gəlmək məqsədilə həyata keçirilmişdir”. Bunun ardınca Əli Mərdan bəy baş
vermiş faciənin mahiyyətini açıqlayan çox vacib məqamı vurğulayır: “...Şəhərin
müsəlman əhalisinin məhv edilməsinə gətirib çıxaran bu hadisələrdə erməni
elementinin bilavasitə iştirakı da çirkin rol oynamışdır ”. (160)
Bununla bərabər, həmin dövrün hadisələrinin və sənədlərinin hərtərəfli
araşdırılması belə deməyə əsas verir ki, mart hadisələrində bolşeviklər üçün
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




