Background Image
Previous Page  60 / 324 Next Page
Information
Show Menu
Previous Page 60 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

56

hakimiyyət məsələsi nə qədər vacib və əhəmiyyətli olsa da, erməni faktoru

həmin hadisələrdə birmənalı olaraq, müəyyənedici amil olmuşdur.

1918-ci ilin mart hadisələrində azərbaycanlıların kütləvi şəkildə fiziki

cəhətdən məhv edilməsində şəxsən bolşeviklərin (və ya rusların) marağı

olmamışdır və bu, bir çox faktlarla, o cümlədən Bakı Sovetinin rəhbərlərindən

biri olan bolşevik A.Caparidzenin, həmçinin hərbi əməliyyatların və sonrakı

qırğınların dayandırılmasında iki piyada rus alayının fəal iştirakı ilə təsdiq

edilir. Məlumdur ki, Bakıda kütləvi mart qırğınlarına Qafqaz cəbhəsindən

qayıdan və bolşeviklər tərəfindən qəsdən şəhərdə saxlanılan 36-cı Türküstan

alayının rus komandanlığı və əsgərlərinin qətiyyətli bəyanatı nəticəsində

son qoyulmuşdur. Həmin bəyanatda əgər bolşeviklər bundan sonra qan

tökülməsini dayandırmazsa, alayın yubanmadan onlara qarşı çıxış edəcəyi

bildirilirdi. Bu kontekstdə ümumiyyətlə bolşeviklərdən söhbət getsə də,

əslində hakimiyyət qoşunlarının tərkibində olan daşnak hissələri nəzərdə

tutulurdu. Hadisələrin əvvəlində öz gəmilərindən şəhəri atəşə tutan Xəzər

donanmasının rus matrosları da, vəziyyətdən baş açdıqdan sonra Bakı Soveti-

ni hədələmiş və bildirmişlər ki, “əgər ermənilər müsəlman qırğınını davam

edərlərsə” onlar Sovetin tabeliyindən çıxacaq və şəhərin ermənilər yaşayan

hissəsini toplardan atəşə tutacaqlar. Həmin günlər “İcraiyyə Komitəsinin

sədri Caparidzenin məsələyə qətiyyətlə müdaxiləsi də” qırğınların dayandırıl-

masına öz təsirini göstərmişdi. (161)

Buhalda sadəcəolaraqBakı fəhlədeputatlarınınSovetininmilli tərkibinə

diqqət yetirmək kifayətdir və bu zaman asanlıqla görmək olar ki, Sovet

rəhbərliyində mühüm mövqelər başda Stepan Şaumyan olmaqla erməni

“bolşeviklərin”, və yaxud qatı millətçi “Daşnaksütun” erməni partiyasının

liderlərinin əlində cəmlənmişdi. Bütün bu “hərbi əməliyyatlara” başçılıq edən

“İnqilabı müdafiə komitəsinin” yuxarıda adı çəkilən rəhbər heyəti, həmçinin

o dövrdə fəaliyyət göstərən Qızıl Ordunun komanda heyətinin tərkibi də

“erməni” məzmunlu idi. Burada bir məqam dəqiqləşdirilməlidir ki, region-

da ciddi siyasi gücə malik olan Azərbaycan milli hərəkatının darmadağın

edilməsində, istər bolşeviklər – sinfi baxımdan, istərsə də daşnaklar – mil-

li baxımdan, həmrəy idilərsə, Azərbaycan xalqının kütləvi qırğınında ilk

növbədə və istisnasız olaraq, bütün ermənilər maraqlı idi. Düşünürəm ki,

erməni-bolşeviklər üçün isə bu məsələdə hər hansı bir fərqin olduğunu

söyləmək artıqdır.

Dünya görmüş müdrik bir insan, 1905-1907-ci illərdə azərbaycanlı-

erməni qanlı toqquşmalarının şahidi kimi həmin hadisələri yaşamış və 1906-

cı il Erməni-Müsəlman barışıq Komissiyasının tərkibində azərbaycanlıların

hüquqlarını qətiyyətlə müdafiə etmiş, Azərbaycan Parlamentinin gələcək

sədri, Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin nümayən-

də heyətinin başçısı Əli Mərdan bəy Topçubaşov 1918-ci ilin martında