Background Image
Previous Page  61 / 324 Next Page
Information
Show Menu
Previous Page 61 / 324 Next Page
Page Background

57

bir daha yaşadığı qanlı faciələrinin miqyasından dəhşətə gələrək erməni

özbaşınalığının və qəddarlığının kökünü anlamağa çalışırdı: “Hadisələrə

səbəb axı nə olmuşdur? ...Ermənilərin bolşeviklərlə birlikdə hakimiyyət əldə

etmək arzusu, yoxsamilli zəmində yaranmış qisas hissi?” Özü bu suala birbaşa

cavab verməyərək: “Gələcəkdə tarixçilər bütün həqiqətləri üzə çıxararlar”

– deyən A.M.Topçubaşov, bununla belə mart hadisələrinin mahiyyətini

və onun Azərbaycan xalqının taleyində buraxdığı izləri dəqiq müəyyən

etmişdi: “...Bakı hadisələrinin əsas nəticəsi bolşevik rejiminin həm şəhərdə,

həm də Bakı rayonunda tam şəkildə bərqərar edilməsi və möhkəmlənməsi

olmuşdur ki, bu da bəşər sivilizasiyasının təməl sütununu təşkil edən bü-

tün insanı dəyərlərinin planauyğun şəkildə məhv edilməsinə başlanmasının

özünəməxsus impulsu sayıla bilər ”. (162)

Lakin tarix sübut etdi ki, erməni hərəkatı “hakimiyyətin ələ keçirilməsi”

və “bolşevik rejiminin” qurulması “hay-küyü altında” Bakını “erməni” şəhərinə

çevirməyə ümid və cəhd edirdi ki, bu da Azərbaycanın tədricən gələcək

Erməni dövlətçiliyinin ərazi bazasına çevrilməsində növbəti addım olmalı idi.

Belə ki, dünyada siyasi vəziyyətin sürətlə dəyişməsi səbəbindən,

1917-ci ilin sonuna doğru Türkiyənin ərazisində “Böyük Ermənistan”

yaratmaq ümidini itirməyə başlayan erməni millətçi təşkilatları, bu ide-

yanı Cənubi Qafqazda həyata keçirməyə qərar verirlər. “Ermənistan döv-

lətini” əsasən azərbaycanlı əhalinin yaşadığı geniş ərazilərdə yaratmaq

planlaşdırılırdı. Bu isə, öz növbəsində, çox qısa müddət ərzində iri miqyaslı

etnik təmizləmələrin həyata keçirilməsini tələb edirdi. 1918-ci ilin əvvəlində

ermənilər azərbaycanlıların öz əzəli torpaqlarından sıxışdırılması planını

həyata keçirməyə başlayırlar və 1918-ci ilin mart ayına qədər Cənubi Qaf-

qazın cənub-qərbində – Qarsda, İrəvan quberniyasında, Zəngəzurda,

Göyçədə, Yelizavetpol quberniyasının bir neçə qəzasında və Qarabağda dinc

sakinlərin-azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə

qırılması yolu ilə hələ mövcud olmayan erməni dövləti üçün ərazilərin etnik

təmizlənməsinə nail olurlar.

Mart hadisələrindən sonra ermənilər, demək olar ki, Bakı şəhərində də

öz məqsədlərinə qismən nail olmuşdular, belə ki, şəhərdə real hakimiyyət

25 aprel 1918-ci il tarixdən artıq Bakı Xalq Komissarları Sovetinə adlanan

keçmiş Bakı Sovetinin əlində idi. Bakı Xalq Komissarları Sovetinin sədri

S.G.Şaumyan olmaqla, 12 nazir vəzifəsindən yarısını ermənilər tutur, mü-

hüm olan bütün hakim mövqelərdə – sədr, xarici işlər, ordu və donanma,

hərbi-inqilab komitəsi, dəmir yolu və dəniz nəqliyyatı, Fövqəladə Komitə

və Dövlət Nəzarəti – həmçinin ermənilər təmsil olunurdular. Bakı şəhəri və

onun ətraf kəndlərində azərbaycanlıların qırğınını həyata keçirmiş erməni

hərbi birləşmələrinin adı dəyişdirilərək “sovet qoşunları” qoyulmuşdu və on-

lar eyni erməni komandirlərin – Amazasp, podpolkovnik Bek Zurabyan və

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi