Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
58
Arutyunyanın rəhbərliyi altında üç briqadada cəmləşdirilmişdilər. Bu “Sovet”
qoşunlarının korpus komandiri polkovnik Kazaryan, ştab rəisi isə polkovnik
Avetisyan idi. (163)
Az sonra məhz bu ordu başçılarının komandanlığı altında Azərbaycanın
qəzalarında “Sovet hakimiyyətinin qurulması” adlı ermənilərin sonrakı qanlı
özbaşınalıqları davam etdiriləcəkdi.
* * *
1918-ci il mart ayının sonlarında, təxminən Bakı hadisələri ilə eyni za-
manda, Azərbaycanın digər iri şəhəri Şamaxıda azərbaycanlı əhalinin kütləvi
qırğınları başladı. Bakıda olduğu kimi Şamaxı hadisələri də bolşevik-daşnak
qüvvələrini tərəfindən əvvəlcədən hazırlanmış plan əsasında həyata keçiri-
lirdi. Dan yeri söküləndə yatmış şəhərin top atəşinə tutulması ilə başlayan
silahlı hücum, onun ardınca şəhərin yandırılması, kütləvi talanlar, günahsız
dinc azərbaycanlı əhaliyə qarşı dəhşətli vəhşiliklər və qəddarlıqlardan son-
ra viran qalmış Şamaxının və onun sağ qalmış əhalisinin köməyinə gələn
İsmayıl Xan Ziyadxanovun başçılığı ilə Gəncə qoşunları erməni və onları
dəstəkləyən yerli rus-molokanlarından ibarət silahlı qoşunları şəhərdən
vurub çıxarsalar da, hadisələrin istiqamətini dəyişə bilmədilər. Bakıdan
göndərilən böyük sayda hərbi sursat və yaxşı silahlanmış 3 minlik ordu-
nun qarşısında Gəncə qoşunları şəhəri tərk etməli oldular. Bir neçə gündən
sonra Şamaxıya ikinci dəfə həmlə edən bolşevik-erməni birləşmələri bütün
müsəlman məhəllələrini, azərbaycanlıların erməni məhəlləsində olan evlərini,
şəhərdəki bütün 13 məscidi, içərisində sığınacaq tapmış insanlarla birlikdə,
azərbaycanlılara məxsus bütün ticarət və mülki obyektlərini tamamilə
yandıraraq qədim şəhəri xarabazarlığa çevirdilər. Belə ki, şəhərdə 5 min
evdən yalnız 4-5 bina, o cümlədən erməni və rus kilsələri salamat qalmışdı.
Şamaxı şəhərinin 21127 min müsəlman əhalisinin 8 min nəfərdən çoxu qətlə
yetirildi. Şəhərə və sakinlərə vurulan maddi zərər 1 milyard manatdan artıq
hesablanmışdı. (164)
Qırğınlar Şamaxı qəzasının kəndlərinə də yayıldı, və sonrakı aylar da nəzərə
alınmaqla qəzanın ümumilikdə 110 azərbaycanlı kəndi məhv edildi, yandırıldı
və dağıdıldı. Kəndlərdə qətlə yetirilən dinc sakinlərin sayı, 4359 nəfəri
qadın və uşaq olmaqla, 10 341 min nəfər, kəndlilərə vurulan maddi zərər
607167420 rubl təşkil edirdi. (165) Qeyd edilməlidir ki, Şamaxı qırğınlarından
sonra sağ qalan azərbaycanlı əhali şəhəri və bir çox kəndləri tərk etmiş, on
minlərlə insan Türk-Azərbaycan qoşunları tərəfindən Azərbaycan torpaqları
azad edilənədək (1918-ci il iyulun ortaları) qaçqın qismində ağır və fəlakətli
şəraitdə yaşamış və bu səbəbdən də böyük insani tələfata uğramışlar.




