59
Qeyd olunduğu kimi Şamaxıda və onun kəndlərində azərbaycanlı
qırğınlarının hazırlanmasında, eləcə də həyata keçirilməsində yerli erməni
əhalisi, habelə bir sıra malakan kəndlərinin əhalisi fəal iştirak etmişdi. Bakıda
baş vermiş analoji hadisələrə cəmi bir neçə saat qalmış Şamaxı şəhərinə
hücumun başlanması bir sıra digər faktlarla yanaşı Azərbaycanın müxtəlif
regionlarında dinc azərbaycanlı əhalisinə qarşı bolşevik-daşnak qüvvələrinin
cəza aksiyalarının hamısının vahid bir mərkəzdən koordinasiya olunduğuna
təkzibedilməz sübut idi.
* * *
Quba qəzası 1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin
Bakı və Şamaxı qəzalarında qurduqları Sovet hakimiyyətini genişləndirmək
istədikləri üçüncü Azərbaycan regionu oldu. Lakin, Qubada olan şərait Bakı
və Şamaxıdan bir qədər fərqli idi. Tarixi xülasədən aydın olduğu kimi, vaxtilə
Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında
erməni elementi heç bir gözə çarpan rol oynamamışdır. 1918-ci ildə Quba
şəhərində və yığcam şəkildə qəzanın 2-3 erməni kəndində yaşayan azsaylı
erməni əhalisinin öz kilsələri, dini məktəbləri və s. olsa da, yerli zadəgan
dairələrində nüfuzlu elitasının və gözəçarpan zəngin təbəqəsi olmadığından
onlar, demək olar ki, şəhərin və qəzanın inzibati-idarəçilik və ictimai struktu-
runda demək olar ki, təmsil olunmurdular. Həmin strukturlarda əsas vəzifələri
və rütbələri rus, azərbaycanlı, tat, ləzgi və yəhudi xalqlarının nümayəndələri
tuturdu.
Artıq yuxarıda deyildiyi kimi, Quba fəhlə və əsgər deputatları Sovetində
Quba bolşeviklərinin mövqeyi də yeni Sovet hakimiyyətinin qurulması işində
dayaq olmaq üçün kifayət qədər güclü deyildi. Bu dövrdə Quba qəzasında
rəsmi olaraq real hakimiyyəti, az öncə Zaqafqaziya komissarlığını ləğv etmiş Za-
qafqaziya Seyminə tabe olan ictimai təşkilatların İcraiyyə komitəsi təmsil edirdi.
Bu səbəblərdənmi, yaxud tarixi qanunauyğunluğa əməl edərək,
hər halda, bir zamanlar rus çar hakimiyyətində olduğu kimi, Bakı Xalq
Komissarları Soveti də bu qəzanı əvvəlcə sülh yolu ilə ələ almağa, yəni,
qubalılara bolşeviklərin hakimiyyətini könüllü olaraq tanımağı təklif etməyə
qərar verdilər. Diqqətəlayiq haldır ki, bu iş üçün əsas “elçi” – danışıqlar
aparacaq şəxs roluna Bakı bolşeviklərinin siyasi dairələrində tamamilə
təsadüfi adam olan David Aleksandroviç Gelovani adlı bir şəxs seçilmişdi.
30 yaşlı, gürcü knyaz nəslinə mənsub, sosial-demokrat-menşevik, Moskvada
ali tibb məktəbinin tələbəsi olmuş, siyasi əqidəsinə görə sürgün edilmiş və
yalnız oktyabr çevrilişindən sonra azadlığa buraxılmış D.A.Gelovani 1918-
ci ilin əvvəlində qohumları ilə görüşmək üçün Qafqaza gəlmiş, lakin Rusi-
yaya geri dönə bilməmiş və “işsiz-gücsüz Bakıda peyda olmuşdu”. Onun
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




