Background Image
Previous Page  64 / 324 Next Page
Information
Show Menu
Previous Page 64 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

60

nə yolla Bakı bolşeviklərinin rəhbərliyinə çıxdığı, bu işdə gürcü faktorunun

nə dərəcədə həlledici rol oynayıb-oynadığı məlum deyil, lakin A.Caparidze

şəxsən ona milis müfəttişi vəzifəsini təklif etmişdi. (166) Gelovaninin özünün

dediyinə görə, guya Bakıda mart hadisələrindən dərhal sonra o, tamamilə

digər tapşırığın yerinə yetirilməsi üçün göndərilmiş, lakin hadisələrin

gedişi nəticəsində, əsasən ermənilərdən ibarət olan və Xaçmaz dəmir yolu

ilə naməlum istiqamətdə hərəkət edən 2 minlik əsgər eşelonuna başçılıq

etməli olmuş və məhz bu “eşelon” ona, “bitərəf şəxs” kimi bolşeviklərin

hakimiyyətinin tanınması haqqında qubalılara ultimatum verməsini həvalə

etmişdir. (167)

Görünür ki, Gelovanidən fərqli olaraq dəmir yolu boyunca yaşayış

nahiyələrinin əhalisi həmin eşelonun təyinatını daha yaxşı başa düşürdü: “Yol

boyu, eşelonun yaxınlaşdığını görən müsəlman əhalisi kəndi tərk edərək

qaçırdı. Mən müsəlmanları saxlayır və yerlərində qalmaq üçün dilə tutur-

dum, çünki onları təhlükə gözləmirdi”. (168)

Qubalılar, şübhəsiz ki, Bakıda və Şamaxıda baş vermiş qanlı toqquş-

malardan və bu qəzaların şəhər və kəndlərinin müsəlman əhalisi üzərində

erməni əsgərləri tərəfindən törədilmiş zorakılıqlardan xəbərdar idilər.

Bakıda yaşayan bir çox qubalılar ermənilərin özbaşınalıqlarından xilas ol-

maq üçün ailələri ilə birlikdə Qubaya köçmüşdülər və həmyerlilərinə baş

vermiş hadisələrin faciəvi nəticələrindən danışmışdılar. Bununla bərabər,

Bakıda və Şamaxıda törədilənlərin qisasını almaq üçün yerli erməniləri

cəzalandırmağı qərar vermiş bəzi Quba sakinlərinin bir neçə erməni evinə

hücum edərək onları qarət etməsi kimi halların qarşısı şəhər hakimiyyəti və

müsəlman cəmiyyəti tərəfindən dərhal alınmış, Qubanın erməni əhalisinin

təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdü. Doğrudur, bu

tədbirlərdən biri özünün qeyri-adiliyi ilə fərqlənirdi. Belə ki, Qubada yaşayan

onlarla erməninin (40-dan 200-dək) həyatını hər hansı təcavüzdən qorumaq

məqsədilə müsəlmanlar onları yeri camaatdan təcrid etməyi lazım bilmiş

və etibarlı mühafizə təyin edərək şəhər həbsxanasında yerləşdirmişdilər.

Qubalılar “məhbusları” yaxşıca yedirdir, müsəlman qonşuları onları ziyarət

edir, özləri ilə yemək gətirir, onların evlərindən və əmlakından muğayat olur-

dular. Şəhərdə vəziyyət o dərəcədə sakit və nəzarət altında idi ki, Sovet

hakimiyyətinin Qubaya gəlmiş ilk “müjdəçisi” – David Aleksandroviç Gelo-

vani, ermənilərə qarşı hər hansı bir təhlükənin gözlənilmədiyini qərara alaraq

dərhal onları “azad edir”. (169)

Lakin az sonra məlum olur ki, Sovet hakimiyyətini tanımaq və ona tabe

olmaq haqqında həmin Gelovani tərəfindən irəli sürülən ultimatum qəbul

edilməyəcəyi təqdirdə, artıq bütün şəhəri təhlükə gözləyir.

Bakı və Şamaxı hadisələrindən sonra kifayət qədər qorxmuş və “im-

tina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi