61
2 saat vaxt verilmiş qubalıların bu ultimatuma necə cavab verəcəyini an-
lamaq çətin deyildi. Qubalılar ultimatumu qəbul edirdilər və düz 8 gün
Sovet hakimiyyəti altında yaşadılar. Bu qısamüddətli hadisə dərhal Bakı
bolşeviklərinin qəzetlərində əks olunur və göstərilir ki, aprelin 23-də Quba-
da, şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olunmuş
və “zəhmətkeşlər bu hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etmişlər”. (170)
Elə həmin gün Quba qəzasında hərbi inqilab komissarlığı yaradılmış, “si-
yasi məhbuslar (şəhər erməniləri - ? S.R.T.) həbsxanalardan azad edilmiş”, yerli
burjuaziyanın üzərinə 1 milyon rubl məbləğində kontribusiya qoyulmuşdur. (171)
Gelovani özünü Qubanın qəza komissarı elan edir.
Qeyd etmək lazımdır ki, bu hadisələr ərəfəsində Qubada şəhər rəisi
və aşağı inzibati orqanlardan savayı hər hansı hakimiyyət mövcud deyil-
di. Həmin vaxt qəza komissarı Əli bəy Zizikski, Bakıda və Şamaxıda mart
hadisələrindən dərhal sonra öz hərbi dəstələri ilə birlikdə Qubadan çaxaraq
Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş Nəcməddin Qotsinskinin
dəstələri ilə birlikdə artıq Bakının girəcəyində, Xırdalan yaxınlığında şəhəri və
onun müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları
ilə döyüşlər aparırdı. (172)
Qubaya gəlmiş hərbi birləşmələrə hər hansı müqavimət göstərmək
imkanına malik olmasalar da, Quba ictimaiyyəti Sovet hakimiyyətinin
qurulmasının perspektivlərinə kifayət qədər ciddi yanaşır. Belə ki, şəhərin
tanınmış nümayəndələri hələ ultimatum elan edilənədək, “onun nəzəriyyəsi”
ilə tanış olmaq arzularını bəyan edirlər. Gelovaninin əsasən ermənilərdən
və bir neçə nəfər rus və yəhudidən ibarət olan beynəlmiləl dəstəsinin Quba
yaxınlığında yerləşdiyi haqda məlumat alan qubalılar da şəhərin müsəlman,
rusvəyəhudi cəmiyyətlərininnümayəndələrindənibarətbeynəlmiləlbirheyəti
bolşeviklərin dayandığı Xaçmaz stansiyasına göndərirlər. Nümayəndələr
hərbi dəstənin Qubaya nə məqsədlə gəldiyini öyrənmək istəyir, daha sonra
“bolşeviklərin proqramı ilə tanış olmaq və bu proqramın qubalılar üçün nə
dərəcədə məqbul olub-olmadığını müəyyənləşdirmək məqsədilə” özlərinin
Bakıya buraxılmasını xahiş edirlər. Siyasi əqidəsinə görə sosial-demokrat -
menşevik olan Gelovani qubalıların xahişinə hörmətlə yanaşır və özü şəxsən
onlaraBakıyagetməyi vəbuməsələni “bolşeviklərin rəhbərləri ilə” araşdırmağı
tövsiyə edir. (173) Lakin bolşevik hakimiyyətinin qubalılar tərəfindən “könül-
lü olaraq” tanınmasını gözləmədən, Gelovani bu hadisədən 2 gün son-
ra 187 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil olur və qubalıları fakt
qarşısında qoyur. Bununla bərabər, Qubanın müsəlman əhalisinin dinc əh-
val-ruhiyyəsindən əmin olan Gelovani“ Quba nümayəndələrini bolşevizmin
ideyaları ilə ümumi şəkildə tanış etmək” qərarına gəlir. Bu məqsədlə Quba
məscidində Qubanın müsəlman cəmiyyətinin tanınmış nümayəndələrinin və
həm sünni, həm də şiə məzhəbindən olan ali ruhani şəxslərin – Molla Hacı
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




