Background Image
Previous Page  66 / 324 Next Page
Information
Show Menu
Previous Page 66 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

62

Baba Axundzadənin və Əbdürrəhman Əfəndi İmamın dəvət edildiyi yığıncaq

– “məclis” çağırılır.

Sonralar Molla Hacı Baba Axundzadə, guya qubalıların hər iki dini

rəhbərinin “bolşevizmin əsasları” mövzusunda məruzəni dinlədikdən son-

ra onların şəriətə qətiyyən zidd olmadığını bildirdikləri barədə Gelova-

ninin iddiasını rədd edərək, göstərirdi ki, onu və Əbdürrəhman Əfəndi

İmamı o məclisə zor gücünə gətirmiş və digərləri ilə birlikdə bolşeviklərin

hakimiyyətini tanımağa məcbur etmişdilər. (174)

Bununla belə, Gelovaninin bu məsələ ilə bağlı şübhə doğurmayan

şəhadətlərinə istinad edilərsə, görünür ki, “bolşevizmin əsaslarının”

qubalılarla müzakirəsi ciddi diskussiyalar ilə müşayiət olunmuşdur: Mən

onların hər ikisini (Qubanın dini rəhbərlərini) ümumi şəkildə bolşevizmin

əsas ideyaları ilə tanış etdim və hər ikisi bolşevizm nəzəriyyəsinin şəriətə

zidd olmadığı barədə fikir söylədilər. Bu zaman yığıncağın (məclisin) üzvü,

hazırda Quba şəhərinin müstəntiqi, onlardan: “əgər biz iri mülkədarların

torpaqlarını əllərindən alsaq, buna şəriət nöqteyi-nəzərindən yol verilirmi?”-

deyə soruşduqda, Əbdürrəhman Əfəndi bir az fikirləşdikdən sonra cavab

verdi: “Şəriət zorakılığı qəbul etmir, amma əgər bu sülh yolu ilə baş verərsə,

bu hətta yaxşı olardı, çünki, çoxlu torpağı olanlar başqalarını işləməyə

məcbur edirlər və bununla da günaha batırlar. Hacı Baba Axund bu fikirlə

razılaşdı. Onlar hər ikisi öz fikirlərini sərbəst, təzyiq və zorakılıq olmadan

bildirirdilər”. (175)

Beləliklə, hər necə olduğuna baxmayaraq, siyasi məsələlərin həllinə

zorla cəlb edilmiş Qubamüsəlman ruhanilərinin Qubada baş verən hadisələrə

dair açıq şəkildə öz münasibətini bildirmək və öz dindaşlarını müdafiə etmək

imkanı onları hələ qarşıda gözləyirdi.

Qəza komissarı Gelovaninin başçılığı ilə Qubada Sovet hakimiyyətinin

hələ nə qədər davam edə biləcəyini söyləmək mümkün deyil, çünki, tarixən

yaranmış ənənələrə uyğun olaraq, yenə də dağlılar – yeni hakimiyyəti qəbul

etməyən və tanımayan ətraf kənlərin ləzgi əhalisi hadisələrə müdaxilə etdi.

Hadisələrin 9-cu günü şəhərin yəhudi məhəlləsi tərəfindən əsasən ləzgilərdən

ibarət dəstələrin şəhərə silahlı hücumu başlandı. Gelovaniyə Xaçmazdan “2

topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan

150 nəfərlik” hərbi dəstək gəldi. (176) Üçgünlük şiddətli döyüşlərdən sonra

ləzgi dəstələri bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxara bildi.

Ləzgilərin “azadlıq” əməliyyatının təşəbbüskarı qubalıların özlərimi

olmuşdu? Bir çox şəhər sakinlərinin şəhadətinə görə, ləzgilərin şəhərə hü-

cumu onlar üçün gözlənilməz olmuş və şəhər camaatı bu vuruşlarda iştirak

etməmişdir. Gelovani özü də təsdiq edirdi ki, ləzgilər gələrkən qubalılar

bolşeviklərə hücum etməmişlər. Hərçənd bu etiraf bolşeviklərə guya ləzgiləri

qarşılamağa çıxmış 27 nəfər Quba sakinini güllələməyə mane olmamışdı. (177)