63
Gelovaninin dəstəsi ilə ləzgilər arasında silahlı toqquşmanı mahiyyətcə
Qubada “Sovet hakimiyyətinin qurulması” uğrunda birinci və sonuncu
mübarizə adlandırmaq olar. Və menşevik-gürcü knyazının başçılıq etdiyi
ermənilərin, bir neçə rus və yəhudi əsgərlərinin şəxsində “bolşevizm ideyası
tərəfdarları” bu mübarizədə məğlub olurlar. Hər iki tərəf itkilərə məruz
qalır, ləzgilərdən 200 nəfər öldürülür, həmçinin dinc sakinlərdən 70 nəfər
həlak olur. “Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırmış,
Bazar küçəsində 16, Komendant küçəsində – 7, şəhərin kənarında, köhnə
həbsxananın yaxınlığında isə 35 nəfəri qətlə yetirmişdi. Bolşeviklər geri
çəkilərkən Qəza İdarəsi, Şəhər Duması və Barışıq məhkəməsinin binalarına
od vurmuş və Cümə məscidini yandırmağa cəhd göstərmişdilər”. (178)
“Vətəndaş müharibəsinin” bu ilk döyüşünün “siyasi” xarakterinə bax-
mayaraq, ermənilərin həmin döyüşdə iştirakı və geri çəkilərkən törətdikləri
hərəkətlər artıq ona “milli” çalar verir. Belə ki, bolşeviklərin Qubadan getməsi
onunla əlamətdar olur ki, “müstəntiqlər Manuylov və Esman istisna olmaqla,
onlarlabirlikdərusməmurlarınınhamısı, həmçininəczaçılarvəbütünermənilər
də şəhəri tərk edir”. (179) Bu məqam qubalıların çoxunun şəhadətlərində
vurğulanır və qeyd edilir ki, Gelovani bütün evləri bir-bir gəzərək ermənilərlə
rusları yığdı və özü ilə apardı”. Gelovaninin özü isə iddia edirdi ki, erməni
dəstəsinin rəhbəri – Ağacanyan “Qubanın bütün xristian əhalisini, əsasən
də erməniləri, Qubadan çıxarmaq məqsədilə, toplayırdı”. Bu halda Gelova-
ninin dedikləri həqiqətə daha uyğun gəlir və bunu onun sonrakı sözləri də
sübut edir: ““Biz geri çəkilməyə başladıq. Mən dəstə ilə qabaqda gedirdim.
Onun (Ağacanyanın) əsgərləri qaçqınları ataraq qaçırdılar. Qeyd etməliyəm
ki, qaçqınlar erməni əsgərlərdən xahiş edirdilər ki, ləzgilərə atəş atmasınlar.
Qaçqınların bir hissəsini mənim dəstəm apardı, qalan hissəsi isə Leontyev
bağının yanında qaldı və ləzgilər onları öldürdülər”. (180) Atışmalar zamanı
“çıxıb gedən” və ya erməni-bolşevik dəstəsi tərəfindən zorla “çıxarılan” xris-
tian əhalisindən bir neçə rus, yəhudi və erməni, o cümlədən rus və erməni
keşişləri ölmüşdü. “Ölənlərdən bir neçəsinin meyiti bolşeviklər tərəfindən
götürüldü, qalanları isə yerindəcə qaldı. Onların kimin – bolşeviklərin və ya
ləzgilərin gülləsindən öldüyü müəyyən edilməmişdir”. (181)
Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün
cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Amazaspın
komandanlığı altında yalnız ermənilərdən ibarət olan 3 minlik hərbi
birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular.
Amazaspın alaylarının Quba şəhərində və qəzasında yenidən “Sovet
hakimiyyətini təsdiq etməyə” necə başladıqlarını qubalıların özləri təsvir
edirlər: “1918-ci ilin may ayının 1-də səhər məşhur daşnaksakan Amazaspın
və onun köməkçisi Nikolayın rəhbərliyi altında yalnız ermənilərdən ibarət
olan adı çəkilən dəstə, şəhəri mühasirəyə alaraq, onu toplardan, pulemyot-
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




