Background Image
Previous Page  68 / 324 Next Page
Information
Show Menu
Previous Page 68 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

64

lardan və tüfənglərdən atəşə tutmağa başladılar. Dəhşətli çaxnaşma və təlaş

başlandı. Dəstə maneəsiz şəhərə daxil oldu”. Dörd hissəyə bölünmüş şəhərin

hər hissəsində qərargahlar yaradıldı: birinci qərargah Leontyev bağının

yanında, ikincisi – erməni kilsəsinin hasarının içində, üçüncüsü – dağda,

müsəlman qəbiristanlığının yaxınlığında, dördüncüsü, mərkəzi qərargah isə

Yəhudi qəsəbəsinin təpəsində yerləşdi. (182)

“Şəhərin alınması müsəlman əhalisinin qırğını və onun üzərində

müxtəlif cür zorakılıqlarla müşayiət olunurdu… Elə birinci gün, şəhərin aşağı

hissəsində əksəriyyəti qadın və uşaqlar olan, 715 müsəlman öldürüldü. İkin-

ci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər - əksəriyyəti şəhərin

kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirildilər...,

müsəlmanların əmlakı talan edilirdi. Qubanın ictimai xadimlərinin apardığı

hesablamalara görə, Amazaspın dəstələri hələ yalnız şəhərin özündə dörd

milyon rubl nağd pul, dörd milyon yarım rubl dəyərində qızıl, qızıl əşyaları

və qiymətli daşlar, iyirmi beş milyon rubl dəyərində müxtəlif mallar və ərzaq

ehtiyatı ələ keçirmişdi. Bundan əlavə, Amazaspın dəstələri Quba şəhərində

yüz beş ev və tikili yandırmışdı. Həmçinin müsəlman idarələrinin yerləşdiyi

binalar da yandırılmışdı. Yanğınlar nəticəsində zərərçəkənlərə yüz milyon

rubl həcmində ziyan vurulmuşdu. (183)

Amazaspın dəstələrinin hər hansı bir siyasi vəzifə - yeni hakimiyyətin

qurulması - yerinə yetirmədiyi, əksinə müstəsna olaraq cəza missiyasını

yerinə yetirdiyi heç kimdə şübhə doğurmurdu. “Ermənilər elə ilk hücum

vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla öldürməyə

başladılar. Onlar, küçələrdə və meydanlarda olanların hamısını qətlə

yetirdikdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən,

bütöv ailələri qırırdılar. Bundan əlavə, ermənilər müsəlmanların qızılını, pu-

lunu və qiymətli əşyalarını əllərindən alaraq, qarət edirdilər. Bu azmış kimi,

onlar evlərə və mağazalara yandırmağa başladılar. Yığışdırılmamış meyitlər

küçələrdə, evlərdə qalmışdı və çürüyürdü. Ermənilər azğınlaşmışdılar və bir

neçə gün müsəlman qanı içməkdən doymurdular”. (184)

Meyitlərin dəfn edilməsi ilə bağlı şəhər rəisi Əli Abbas bəy Əlibəyov

dəfələrlə Amazaspa müraciət etsə də, rədd cavabı alırdı. Yalnız dördüncü gün

erməni carçılar müsəlman kişiləri qollarında ağ sarğı ilə çıxmağa və meyitləri

basdırmağa çağırdılar. Şəhərin bir çox sakinləri bu çağırışa cavab olaraq bayıra

çıxdı, lakin onlardan heç biri geri qayıtmadıqdan - hamısı güllələndikdən son-

ra - camaat yenidən gizləndi. Basdırılmayan və yeni öldürülənlərin meyitləri

ermənilər gədənə qədər, yəni 9 gün küçələrdə qaldı. (185)

Amazasp şəxsən öz qoşunlarının əməllərinin cəza xarakteri daşıdığını

gizlətmirdi. Qubaya gəlişinin dördüncü günü Amazasp qubalıları məscidin

qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda

nitqlə müraciət edir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə