65
vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin
müdafiəçisiyəm. Mən öz cəza dəstəm ilə bura sovet hakimiyyəti tərəfindən
iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını almaq üçün
göndərilmişəm. Sizin müsibətiniz mən sabah dağa qalxdıqda (bu zaman
əlini topların durduğu dağa tərəf uzadır) başlayacaq. Sabah mən dağa
qalxacağamvə şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm.
İndi mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra, sizlərə od
vuraraq, Üçgün və Kımıl kəndlərinə keçəcəyəm, Şah Dağa çatacağam və
siz onda anlayacaqsınız ki, erməniləri öldürmək nə deməkdir. Mən buraya
qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, öldürülmüş
ermənilərə görə sizdən qisas almağa göndərilmişəm”. (186)
Məscidin qarşısındakı bu yığıncaqda iştirak etmiş bütün qubalı şahidlər
Amazaspın nitqini müxtəlif ifadələrlə şərh etsələr də, məhz bu məzmunda
olduğunu təsdiq edirlər. Amazaspın bu həyasız açıqlaması bir növ şəhər rəisi
Ə.b.Əlibəyovun dinc əhaliyə qarşı erməni qoşunlarının azğınlığı haqqında
şikayətlərinə və xüsusilə Amazaspın ona uzatdığı əlini rədd edən Quba şiə
müsəlmanlarının dini lideri Molla Hacı Baba Axundzadənin sözlərinə – “Bu
hakimiyyət deyil. Siz bolşevik deyilsiniz, siz oğru, qatil, vəhşi və soyğun-
çusunuz. Biz sizə müqavimət göstərməmişik. Nəyə görə bu qədər insan
öldürmüşsünüz və öldürməkdə davam edirsiniz?” – cavab idi. (187)
Amazaspın qubalılar qarşısında söylədiyi nitqində qırmızı xətlə aşağı-
dakı sözlər keçir: “bizə sizlər və türklər tərəfindən öldürülmüş qardaşlarımıza
– ermənilərə görə dənizin (Xəzər) sahillərindən Şah Dağa qədər olan bütün
müsəlmanları Şirvanda (Şamaxıda) qırdığımız kimi məhv etmək və evlərinizi
isə yerlə yeksan etmək əmri verilmişdir”. (188)
Heç bir əmr olmadan belə, hər bir müsəlmana-türkə vəhşicəsinə di-
van tutmağa hazır olan Amazaspa bu dərəcədə zalım və qaniçən əmri
kim vermişdi? Aydın idi ki, Amazaspın bir neçə minlik qoşunu Qubaya
S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən özü
də məhz cəzalandırmaq məqsədilə göndərilmişdi. Bir çox mənbələrdən
və tarixi sənədlərdən məlum olan bu fakt dəfələrlə həm qubalılar, həm də
qarşı düşərgənin nümayəndələri tərəfindən də təsdiq edilirdi. S.Şaumyanın
Quba hadisələrinə olan münasibəti onun Quba şəhər rəisi Ə.b.Əlibəyovla
olan söhbətində də əyani şəkildə üzə çıxırdı. Ermənilər Qubadan getdikdən
sonra Ə.b.Əlibəyov Amazaspın başçılığı ilə cəza dəstəsinin Qubaya
həqiqətən Sovetlər tərəfindən göndərdiyini bolşeviklərin başçıları Şaumyan
və Caparidzedən soruşub aydınlaşdırmaq və onlara “dəstənin Qubada
törətdikləri əməllər haqqında yazılı məlumat vermək üçün” Bakıya gedir.
Bakıda bolşevik liderləri ilə görüşmüş Ə.b.Əlibəyov sonradan göstərirdi:
“Şaumyan məni sifətində təbəssümlə dinlədi və dedi ki, müsəlmanlar və
türklər yüz minlərlə erməni öldürüblər, ermənilər Qubada iki müsəlman
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




