67
qırğınları ərəfəsində və həmin günlərdə baş verən hadisələrə toxunmuş, o
cümlədən onu talançıların düşərgəsinə gətirib çıxaran səbəbləri açıqlamışdı.
Sözsüz ki, Mir Cəfər Bağırovun özü tərəfindən təsvir edilən bir çox məqamlar
həqiqətə, və ya digər sənədlərdən məlum olan hadisələrə uyğun gəlmir,
yaxud onlarla ziddiyyət təşkil edirdi. Quba səhifələri Bağırovun tərcümeyi-
halının, demək olar ki, ən dolaşıq, bir çox hallarda onun özü tərəfindən
dolaşdırılmış hissəsi olmaqla bu tarixi şəxsiyyətin həyatında heç də işıqlı,
yaxud şərəfli hesab edilə bilməz. Lakin, onun bolşevik kimi siyasi karyerasının
özü tərəfindən parlaq boyalarla təsvir edilən və çox zaman həqiqətə uyğun
olmayan ilk dövrünün detallarına varmadan, qeyd etmək lazımdır ki, Quba
hadisələrinin əvvəllərində Mir Cəfər Bağırov artıq bolşeviklərlə birgə idi.
Əgər həmin sənəddən, yəni Bağırovun özü tərəfindən yazılan tərcümeyi-
halından çıxış edilərsə, Qubada hakimiyyətin, Gelovani başda olmaqla,
ələ keçirilməsi cəhdinin təşəbbüskarı az qala Bağırov olmuşdur: “Mənim
qarşımda nə olursa olsun Bakıya çatmaq, Quba qəzasında olan vəziyyəti
təfsilatı ilə təsvir etmək və hakimiyyəti ələ keçirmək üçün sanksiya tələb
etmək vəzifəsi dururdu, lakin bu vəzifə çox çətin idi və az qalmışdı ki, mən,
bunun üçün həyatımla cavab verim. Onda mən, geriyə, Qubaya qayıtmaq
və mərkəzin heç bir xəbəri olmadan, hakimiyyəti ələ keçirmək qərarına
gəldim. Fikirləşdim ki, sonradan öz yoldaşlarım qarşısında məsuliyyət
daşımaq Zizikskiyə və Qosinskiyə Bakıdan geri qayıdarkən Quba qəzasında
öz mövqelərini möhkəmlətməyə imkan verməkdən daha yaxşıdır. Mən belə
də etdim. Amma, elə həmin gün Bakıya teleqram vurdum və bu hadisə Bakı
quberniyasında vətəndaş müharibəsinin ümumi gedişatına kömək etdi. Belə
ki, Zizikski Quba qəzasında nəinki möhkəmlənə, hətta orada burnunu belə
göstərə bilmədi və Qosinski ilə birlikdə Dağıstana qaçdı, orada yeni qüvvələr
toplayaraq Qubaya may hücumuna hazırlaşmağa başladı. Bakı və Qızıl Bu-
run arasında yol açılan kimi mən dərhal mən Georgiy Sturua, Artak (Stam-
bulyants) və Barski yoldaşların şəxsində Bakı Qızıl qvardiyasının avanqardı
ilə əlaqə saxladım və onlara hər şeyi olduğu kimi geniş təsvir etdim, və onlar
mənə məsləhət gördülər ki, mərkəzin nümayəndəsi kimi Gelovani adlı bir
nəfəri Quba qəzasına aparım”. (194)
Yeri gəlmişkən, Mir Cəfər Bağırov elə buradaca qeyd edir ki, Gelovani
“sonradan təxribatçı çıxdı”, lakin, bu son dərəcə ciddi ittihamın səbəblərini
açıqlamır. (195)
Çox maraqlıdır ki, Gelovaninin özü FTK-ya verdiyi ifadələrdə Bağırovla
– Qubada az-çox tanınan və sonradan onun müavini olacaq bir şəxslə ilk
görüşündən ümumiyyətlə danışmır və yalnız bir dəfə onun adını çəkir:
“Caparidze mənim keçmiş müavinim qubalı Mir Cəfər Bağırovun imzası ilə
teleqram almışdı”. (196)
Hər halda, qubalıların şahidliyinə görə, onlara Qubada Sovet hakimiy-
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




