Background Image
Previous Page  72 / 324 Next Page
Information
Show Menu
Previous Page 72 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

68

yətinin tanınması tələbi ilə ultimatum elan edildiyi zaman, “Quba müsəlmanı,

qatı bolşevik” Mir Cəfər Bağırov da Gelovani və “iki yəhudi” ilə birlikdə

öz həmyerlilərinin qarşısında dayanmışdı. (197) Sonralar Quba camaatı

dəfələrlə Bağırovu Gelovaninin dəstəsindən olan bolşeviklərin arasında

görür: gah onun mənzilində yerli müsəlmanlar evlərinin yandırılmaması

üçün yerli erməni qoçularına haqq verirlər, (198) gah da “doqquzuncu gün

müsəlmanlardan qarət edilmiş bütün əmlak Bağırovun evindən arabalara

yüklənərək Ayrapetovun nəzarəti altında şəhərdən çıxarılır” və s. (199) Yeri

gəlmişkən, sonuncu epizodu Mir Cəfər Bağırov özü də, lakin başqa yozumda

təsdiq edir: “Amazaspın dəstələri bir həftə bütün Quba qəzasında azğınlıq

etdikdən sonra qarət etdikləri bütün qiymətli əşyaları götürərək Bakıya

tərəf hərəkə etdilər. Mən az qala diz üstə çökərək ondan yandırılmış evlərin

sahibləri üçün ev əşyalarından nə isə qoparmağa nail oldum. Alınan şeylər

paylanmaq üçün anbara yığıldı”. (200)

Lakin, hələ Amazaspın hücumuna qədər, Mir Cəfər Bağırov Gelovani

ilə birlikdə Quba şəhərində və yaxın kəndlərdə inqilab komitələri – revkom-

lar təşkil edir, “normal qayda qanun yaradır”, qəza idarələrini ələ keçirir,

yerli Qızıl Qvardiya yaratmağa başlayır, Oqanesovun başçılıq etdiyi dəstələri

çağırtdırır. (201)

Lakin ləzgi döyüşçülərinin hücumu Quba qəzasında Sovet hakimiy-

yətinin qurulması tədbirlərinə son qoyur. Burada xüsusi qeyd etmək lazımdır

ki, yekdilliklə şəhərə “qonşu kəndlərdən olan ləzgilərin” girdiyini göstərən

qubalılardan fərqli olaraq, M.C.Bağırov “Qubaya hücumun” təşkilatçısı kimi

konkret şəxsin – məhz Əli bəy Zizikskinin adını çəkir. O, həm də 3 günlük döyüş

ərzində həlak olanların sayı haqqında məlumat verir: “200-ə yaxın öldürülmüş

döyüşçü və təxminən 1500-ə qədər doğranmış və çapılmış tamamilə günahsız

dinc müsəlman əhalisi (rus, erməni, yəhudi və sair)”. (202) Göründüyü kimi, bu

rəqəmlər şəhər başçısı Əli Abbas bəy Əlibəyovun göstərdiyi rəqəmlərdən çox

fərqlənir: 200 nəfər ləzgi, 70 nəfər dinc əhali. (203)

Şübhəsiz ki, M.C.Bağırov bundan sonra daha şəhərdə qala bilməzdi.

Əgər onun tərcümeyi-halına əsaslansaq, 1917-ci ildən başlayaraq, ruhanilər

də daxil olmaqla, Qubanın yerli elitası, guya ki, inqilabi fəaliyyətinə və

bolşeviklərlə əlaqəsinə görə, ona elə də “hörmət etmirdilər”: “Məni kəndlilərin

qarşısında Bakı ermənilərinin casusu, din və millət satqını kimi təsvir edərək,

mənə qarşı vicdansızcasına təbliğat aparılırdı. İş o yerə çatmışdı ki, Qubanın

ən nüfuzlu iki dini lideri ... Əbdül Rəhim Əfəndi və Hacı Molla Baba Axundov

məni güllələmək əmri vermişdilər”. (204)

Əgər bu sözlər həqiqətə uyğun idisə, Quba qəzasının dini rəhbərləri

Bağırovu yalnız “cəbhədən qayıtmış yəhudilərdən, qismən ruslardan..., və bir

neçə cinayətkar müsəlman ünsürlərdən” ibarət quldur dəstəsinin başında ol-

maqla, törətdiyi əməllərə görə “lənətləyə” bilərdilər. Bu dəstə ən əvvəl “keçmiş