Background Image
Previous Page  73 / 324 Next Page
Information
Show Menu
Previous Page 73 / 324 Next Page
Page Background

69

qəza siyasət idarəsinin cəbbəxanasını dağıdıb və bu yolla silah əldə edərək”,

“imkan olan yerdə bəyləri və onların tərəfdarlarını öldürməklə” məşğul

idi. M.C.Bağırov öz tərcümeyi-halında bu quldur dəstəsini “Quba qəzasının

əksinqilabi elementləri ilə” mübarizə aparan “uçağan dəstəsi” adlandırırdı. (205)

Lakin, 1956-cı ildə M.C.Bağırov məhkəmədə ittiham olunarkən bu dəstə

ilə bağlı əhvalat da ortaya çıxdı. İstintaq materialları ilə “sübuta yetirilirdi

ki, Bağırovun bir sıra sənədlərdə partizan dəstəsi adlandırdığı “uçağan”

dəstənin inqilabi fəaliyyətə heç bir aidiyyatı yox idi, əsl quldur dəstəsi idi. Bu

bandit qrupuna Bağırov başçılıq edirdi”. M.C.Bağırov özü məhkəmədə həm

cəbbəxanaya hücum faktını, həm də dəstə tərəfindən bəylərin və onların

tərəfdarlarının öldürülməsi ittihamını rədd edirdi. (206)

İstintaq materialları ilə 1917-ci ildə M.C.Bağırovun bolşeviklərin

partiyasına daxil olması faktı da təkzib edilirdi. Əksinə, göstərilirdi ki, 1917-ci

ilin fevral ayından sonra M.C.Bağırov Quba şəhərinin ikinci (yəhudi) hissəsinin

milis komissarı təyin edilmiş və bu təyinat Quba qəzası administrasiyasının

rəhbəri – qəza komissarı Əli bəy Zizikski tərəfindən edilmişdir. 1917-ci ilin

may ayından noyabr ayınadək isə o qəza komissarının, yəni elə həmin

A.Zizikskinin köməkçisi işləmişdir. (207)

“Fevral inqilabının elə ilk günlərindən gənc xalq müəlliminin Qubanın

yəhudilər yaşayan hissəsinin komissarı vəzifəsinə”, (208) yəni, “Quba qəzasının

rəhbərləri sırasına” irəli çəkilməsi Ə.B.Zizikskinin Bağırova olan yaxşı münasibəti

ilə bağlı idi. Bu dövrdə heç bir bolşevizmdən söhbət gedə bilməzdi. Buna

baxmayaraq, 1917-1918-ci illərin kəsiyində - Zizikski “bolşevizmlə və Bakı

Sovetinin antimilli rejimi ilə mübarizə mövqeyinə” keçdikdə, M.C.Bağırov

isə “Bakı Sovetinin timsalında mərkəzi hakimiyyətin nümayəndəsi rolunu öz

üzərinə götürdüyü andan” onların ...yolları ... ayrılır. (209)

Buradan aydın olur ki, 1918-ci ilin aprel ayının sonunda Zizikskinin

dəstələri tərəfindən Quba alındıqdan sonra Quba İnqilab Komitəsi sədrinin

köməkçisi M.C.Bağırov nə üçün şəhərdə qala bilməzdi. “Belə ki, M.C.Bağırov

qeyri-ixtiyari Bakı bolşevik hökumətinin qırmızı bayrağı altında çıxış edən

erməni millətçilərlə bir dəstəyə düşmüş oldu. Yəqin ki, bu onun tərcümeyi-

halının ən ləkəli səhifəsi sayıla bilər ”. (210)

M.C.Bağırov tərəfindən hadisələrin sonrakı gedişini, yəni onun hansı

şəraitdə Amazaspın dəstəsinə daxil olmasını açıqlayan səhnələr, eyni zaman-

da həmin dəstənin təyinatı barədə çox mühüm şəhadətdir: “...biz Petrovsk-

dan gəlmiş xalis daşnak dəstəsinin himayəsi altında dəmir yolu xəttinə tərəf

geri çəkildik... Biz Dərbəndə geri çəkilməyi qərara aldıq. Biz oraya çatdıqda

yoldaş Naneyşvilinin Şimali Qafqazdan qayıdan eşelonları ilə qarşılaşdıq.

Məşvərətdən sonra dağıdılmış dəstələrin yenidən təşkil edilməsi və Qubaya

yeni hücumu hazırlamaq üçün Bakıya doğru hərəkət etmək qərarına gəldik …

Çox çətinliklə Dəvəçiyə çata bildik. Bu zaman Bakı tərəfdən Daşnaksütunun

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi