Background Image
Previous Page  74 / 324 Next Page
Information
Show Menu
Previous Page 74 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

70

liderlərindən biri olan Amazaspın məşhur dəstəsinin olduğu 4 eşelon

göründü və Amazasp bəyan etdi ki, mərkəzin, şəxsən yoldaş Şaumyanın

əmri ilə Qubanı yer üzündən silmək üçün şəhərə tərəf hərəkət edirlər. Amma

onlar yoldaş Naneyşvilidən bu işdə bizim partiyanın nümayəndəsinin də

iştirakını təmin etməyi xahiş etdilər. Hərçənd Amazaspın yanında fövqəladə

komissar kimi eser (əslində, qatı daşnak) Velunts var idi. Çox düşündükdən

sonra yoldaş Naneyşvili mənə onlarla getməyi təklif etdi. Mən qəti şəkildə

bundan imtina etdim, çünki bu dəstənin nə edə biləcəyini qabaqcadan

görürdüm”. (211)

Beləliklə, yalnız sıravi qubalılar deyil, indiki halda bolşevik “partiyasının

nümayəndəsi” də təsdiq edirdi ki, Amazaspın dəstəsi Qubaya məhz mərkəzin,

konkret olaraq – Stepan Şaumyanın əmri ilə müsəlman əhalisinə divan tut-

maq məqsədilə göndərilmişdi.

Burada belə bir sual meydana çıxır – bolşevik, eyni zamanda həm də

müsəlman və əslən qubalı olan M.C.Bağırov hadisələrin gedişinə hər hansı bir

təsir göstərə bilərdimi? Çox güman ki, yox. M.C.Bağırov özü sonradan etiraf

edirdi: “Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada

baş vermiş dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin

günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir

köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim.

Mənim 70 yaşlı qoca əmimMir Talıb, onun oğlu – Mir Həşim, kürəkənimiz Hacı

Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”. (212)

Burada, Bağırov tərəfindən edilən daha bir qeyd – özünü gələcəkdə təmizə

çıxarmaq məqsədiləmi yazdığı, yaxud həqiqətən baş vermiş bir məqam da

diqqəti cəlb edir: “Yeri gəlmişkən, yoldaş Naneyşvili məni Amazaspın dəstəsi

ilə Qubaya göndərərkən onun müavinlərindən zəmanət aldı ki, ... mən onların

himayəsi altında olacağam, mən isə öz növbəmdə Viktor Naneyşvilidən söz

aldım ki, o, mənim öz xoşumla getmədiyimi təsdiq edir ...”. (213)

Öz xoşu iləmi, ya yox, hər halda Mir Cəfər Bağırov əks tərəfdəki

düşərgədə olsa da, öz həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olur.

Bununla belə, Mir Cəfər Bağırov “o dəhşətli mənzərənin” qarşısının alınması

üçün olmasa da, heç olmasa dayandırılması üçün hər hansı bir cəhd etməyə

də təşəbbüs göstərir. Bu fakt D.Gelovaninin sonrakı izahatı ilə təsdiq olunur:

“Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram

almışdı. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim

Qubaya gəlməyi xahiş edirlər, çünki Amazasp sağa-sola hər tərəfi yandırır

və hamını qətlə yetirirdi. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi.

Mən razılaşdım və geniş səlahiyyətlər alaraq, Qubaya gəldim. Mən burada

törətdiklərinə görə Amazaspı danladım. O, və dəstənin komissarı Velunts

mənə cavab verdilər ki, şəhərə öz aralarında müharibəyə başlayan şiə və

sünnilər od vurmuş və bir-birini qırmışlar. Mən onlara inanmadım və Ama-