Background Image
Previous Page  75 / 324 Next Page
Information
Show Menu
Previous Page 75 / 324 Next Page
Page Background

71

zaspa öz dəstəsi ilə birlikdə Qubadan çıxıb getməyi təklif etdim. O əvvəlcə

tərəddüd etdi, lakin sonra gedəcəyini bildirdi və həqiqətən, burda olduğu

müddətin doqquzuncu günü bütün dəstəsi ilə çıxıb getdi. Onun arxasınca

mən də çıxıb getdim”. (214)

Mir Cəfər Bağırov özü D.Gelovaninin ikinci dəfə Qubaya qayıtdığından

danışmır, lakin özünün Caparidzenin adına teleqram göndərdiyini təsdiq

edir. Bu dəfə o, yəqin ki, Amazaspın dəstələrinin törətdiklərinə qarşı onun

mövqeyinin anlaşılacağı ümidi ilə şəhərdə qalır. Lakin, Amazasp Qubadan

çıxıb gedəndən 4 gün sonra şəhərə gələn “Alyoşa Caparidzenin fövqəladə

səlahiyyətli nümayəndəsi yoldaş Levon Qoqoberidze” onu hətta dinləməyi

belə lazım bilmir, əksinə, onu və onun adamlarından daha dörd nəfəri qan

tökülməsində iştirak etməkdə günahlandıraraq həbs edir. Şəhərdə Çurayevin

başçılığı ilə yenidən İnqilab Komitəsi yaradılır. Yeni Komitə bu dəfə özünün

“gürcü” tərkibi ilə - Caparidze tərəfindən göndərilmiş gürcülər – partiya

işçiləri və zabitlər - seçilir. Yeni İnqilab Komitəsi bu zaman Quba qəzasının

Qusar bölgəsində olan Ə.b.Zizikski ilə əməkdaşlıq barədə danışıqlara başlayır,

lakin Ə.b.Zizikski tərəfindən rədd cavabı alır. Mir Cəfər Bağırov isə bu za-

man “gələcək taleyini gözləyən müttəhim kimi...nəzarət altında oturur...və

şəxsən Stepan Şaumyana ətraflı məktub yazır ”. (215) Həbsdə olan Mir Cəfər

Bağırov həmin məktubun məzmununu açıqlamır, lakin guya Quba üzərinə

hazırlanan yeni basqın haqqında məlumat alaraq, “Həmdulla Əfəndinin və

Əli bəy Zizikskinin əlinə düşməmək üçün mümkün qədər gizlənərək və Qo-

qoberidzenin icazəsi olmadan” gizlicə Qubadan qaçır və Bakıya gəlir. (216)

Bundan sonra, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulanadək

Mir Cəfər Bağırov Qubaya qayıtmır.

Mir Cəfər Bağırovun sonrakı illərdə - karyerasının yüksələn xətt üzrə

inkişaf etdiyi və nəhayət 1932-cı ildə - Azərbaycan KP MK-nın rəhbəri

- respublikanın faktiki “Sahibi” olduğu dövrədək öz qubalı həmyerliləri,

həmçinin özünün “kiçik vətəni” ilə əlaqələri artıq ayrıca söhbətin mövzu-

sudur. 1918-ci ilin hadisələri də zaman keçdikcə tarixə qovuşdu və xüsusilə,

erməni və Azərbaycan xalqları arasında “ömürlük” sülh və dostluğun bər-

qərar olduğu nəzərə alınarsa, “arzuolunmaz” mövzuya çevrilir.

Lakin düz 30 il sonra, 1918-ci il Quba hadisələri yenidən gündəmə

gəldi, həm də bu məsələ M.C.Bağırovun 1949-cu il 25-28 yanvar tarixlərində

Bakıda keçirilən Az.K(b)P-nın XYII qurultayındakı yekun nitqində bilavasitə

“daşnakların” istər ölkənin– SSRİ-nin xaricində, istərsədədaxildə “canlanması”

bağlı idi. Və əgər “xaricdəki daşnakların antisovet fəaliyyətində” əsas yeri

ərazi iddiaları - Sovet Ermənistanının ərazisinin əsasən Sovet Azərbaycanının,

qismən də Sovet Gürcüstanının əraziləri hesabına artırmaq “tələbi” tuturdu-

sa (217), ölkə daxilində bu məqam açıq-aydın Azərbaycan əleyhinə yönəlmiş

kitab və yazıların nəşrində təzahür olunurdu.

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi