Background Image
Previous Page  76 / 324 Next Page
Information
Show Menu
Previous Page 76 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

72

“Azərbaycanın geniş ictimaiyyəti və partiya fəallarının hiddətinə səbəb

olan” belə kitablardan biri - Georqiy Xolopovun (Xalapyan) yazdığı “Buxtanın

işıqları” adlı roman M.C.Bağırovu birbaşa ÜK(b)P MK-ya, Q.İ.Malenkova

məktublamüraciət etməsinə səbəb olur. Buməktubda Bağırov Bakı haqqında,

Azərbaycanın paytaxtı haqqında roman yazan müəllifin Azərbaycan xalqını

bilərəkdən tamamilə “kənara qoyduğunu”, azərbaycanlı obrazların isə

təxribatçı kimi təsvir olunduğunu” vurğulayır: “Romanda bir nəfər də

müsbət azərbaycanlı, neft uğrunda mübarizə aparan əsl qəhrəman surəti

yoxdur”. Tanınmış Sovet dövlət xadimi, 1921-1926-cı illərdə Azərbaycan

partiya təşkilatına rəhbərlik etmiş Serqey Mironoviç Kirova həsr edilmiş bu

əsərin mərkəzi qəhrəmanı isə Tiqran adlı bir şəxsdir. “Səfil, küçələrdə siqa-

ret satan, ayaqqabı silən, meyxanalarda içki paylayan, gecə evlərinin, oğru

yığıncaqlarının müştərisi olan bir şəxs Kirovla təsadüfü görüşdən dərhal

sonra, elə ikinci günü onun sürücüsü, yaxın və inandığı adamı olur, müəllifin

dili ilə desək, “Kirovun sevimlisi”nə çevrilir”. (218)

Kitabın müəllifi - Şamaxıda doğulmuş və Bakıda yaşamış, erməni

əsilli G.K.Xolopov (Xalapov-Xalapyan) 1930-cu ildə Leninqrada köçsə də,

qohumlarına baş çəkmək və gələcək kitabı üçünmaterial toplamaqməqsədilə

mütəmadi olaraq Bakıya gəlirdi. Nəhayət, həmin kitab ərsəyə çıxanda

məlum olur ki, qarşısına “C.M.Kirovun rəhbərliyi altında Azərbaycanda neft

sənayesinin bərpa olunması prosesini işıqlandırmaq” məqsədi qoyulmuş

bu əsər “Bakı neftçilərinin fədakar əməyindən bəhs edən səhnələrlə deyil,

Bakıda Sovet hakimiyyətinin qurulduğu gün – 1920-ci il 28 aprel tarixdə

guya “qırğına” məruz qalmış Bakının erməni əhalisinin, o cümlədən Tiqranın

iztirablarını təsvir olunan epizodlarla zəngindir”.

Bağırov haqlı olaraq kitabda gətirilən bu cür səhnələri yalan və böhtan

adlandırır, belə ki, 1920-ci il aprelin 28-də baş verən hadisələr hamıya

məlum idi və o gün milli zəmində iğtişaşlar, xüsusilə erməni əhalisinə qarşı

“gözlənilən” hər hansı qırğınlar barədə danışmaq belə mənasız idi. Məlum

idi ki, 28 aprel tarixdə Azərbaycanda hakimiyyət Azərbaycan Parlamen-

ti tərəfindən azərbaycanlı kommunistlərə dinc yolla təhvil verilmişdi, hələ

bu hadisədən əvvəl suveren dövlət sayılan Azərbaycanın sərhədlərini qa-

nunsuz olaraq keçən XI Qızıl Ordu həmin gün Bakıya gəlirdi, hakimiyyət

dəyişikliyinin ertəsi günü isə artıq Azərbaycanın görkəmli dövlət, siyasət,

hərbçi və s. xadimlərinin, “Musavat”, “İttihad” və digər partiyaların üzvlərinin

həbs olunmasına başlanmışdı.

Təsadüfü deyil ki, M.C.Bağırov Malenkova ünvanladığı məktubunda

1920-ci il deyil, 1918-ci il hadisələrinəmüraciət etməyi lazımbilir və göstərirdi

ki, “romanda nəinki daşnakların milli qırğınların qızışdırılmasında oynadığı

rol, onların 1918-ci il müdafiə xəttinin qırılmasına və ingilis imperialistlərinin

şəhərə girməsinə gətirib çıxaran satqın əməlləri, Lalayev cəlladlarının