73
timsalında 26 Bakı komissarlarına qanlı divan tutulmasında iştirakı ifşa edil-
mir, hətta bir dəfə də olsun “daşnak” sözü işlədilmir”.
Xolopovunkitabınınəsas təyinatınıməhzbunda– tarixinerməni-daşnak
mövqelərdən təhrif edilməsində və saxtalaşdırılmasında görən Bağırov,
müəllifin özünü və onun qəhrəmanı Tiqranı “yad, daşnak ideologiyasının
ifadəçisi” adlandırır və bunun təsadüfü olmadığını hesab edir. Kitab
müəllifinin, həmçinin Tiqran surətinin prototipi olan Karapet Ayrapetov adlı
birisinin tərcümeyi-halını aydınlaşdıraraq, Azərbaycan rəhbərliyi müəyyən
edir ki, Xolopov (Xalapyan) ana tərəfdən tanınmış erməni ailəsi Lalayevlər
– “erməni-azərbaycanlı qırğınlarının təşkilatçıları və iştirakçıları” ilə qohum-
dur. Dəqiq deyilərsə, 1918-ci ildə Bakıda və Şamaxıda azərbaycanlı qırğınları
zamanı azərbaycanlı əhaliyə qarşı ağlasığmaz qəddarlığı ilə ad çıxarmış Ste-
pan Lalayevin dayısı oğludur. (Stepan Lalayev sonradan Fövqəladə Təhqiqat
Komissiyası tərəfindən öz cinayətlərinə görə həbs olunmuş və 1919-cu ilin
noyabr ayında Gəncə həbsxanasında ölmüşdür).
Həmçinin məlum olur ki, Karapet Ayrapetov heç vaxt S.M.Kirovun
sürücüsü olmamışdır. 1921-1926-cı illərdə, yəni Kirov Bakıya gələndən Lenin-
qrada gedənədək onun yanında sürücü işləmiş K.A.Vasilenko adlı bir şəxsin
dul qadını Mariya Vasilenko bu haqda həyəcanla xəbər verərək bildirirdi ki,
“yalançı sürücü” əhvalatını o, Karapet Ayrapetovun özündən eşitmişdir. Belə
ki, Karapet iki dəfə onun mənzilinə gəlmiş və qadından xahiş etmişdir ki,
əgər onu çağırıb soruşsalar, qadın Ayrapetovun Kirovun sürücüsü olduğunu
təsdiq etsin. Bu zaman Ayrapetov onun ərinin divardakı şəklini öpərək, boy-
nuna almışdır ki, onun tərcümeyi-halı ilə maraqlanan orqanlara yalan deyib.
Karapet Ayrapetovun əsl tərcümeyi-halından isə görünürdü ki, o
heç vaxt Kirovun maşınını sürməmiş, sadəcə onun sürücüsü Vasilenkonun
köməkçisi işləmişdir, yəni Az.K(b)P MK qarajında maşına baxmış, onu yalnız
yuyub təmizləmişdir. Ali rəhbər şəxsin təhlükəsizliyi baxımından isə sürücünün
şəxsiyyəti məsələsi o qədər ciddi idi və xüsusilə “Kirov öz “Kadillak”ını o
dərəcədə qoruyurdu” ki, Vasilenko xəstə olanda belə “işə ya tramvayda gedir,
yaxud da partiyanın Mərkəzi Komitəsindən başqa maşın çağırtdırırdı”. 1923-
1924-cü illərdə bəzən Kirova Aleşin Yakov Larionoviç adlı başqa bir sürücü də
xidmət etmiş, onu şəhərin neft mədənlərinə aparmışdır. (220)
Respublikanın rəhbəri ilə heç bir təmasda olmayan maşın yuyu-
cusu, təbii ki, tarixi şəxsə həsr edilmiş kitabın əsas qəhrəmanlarından biri
ola bilməzdi. Həm də burada qondarma tərcümeyi-halın Karapetin özü
tərəfindən uydurulduğunun, yaxud həmin obrazın üzərinə qoyulmuş ideya
yükünü çatdırmaq üçün erməni yazıçısı tərəfindən Kirovun “sürücüsü təyin
edildiyinin” artıq elə bir əhəmiyyəti yox idi. LakinM.C.Bağırov Tiqran surətinin
prototipinin şəxsiyyətinə ciddi yanaşmaq qərarı verir və K.Ayrapetovun
tərcümeyi-halı əlaqədar orqanlar tərəfindən diqqətlə araşdırıldıqdan sonra
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




