Background Image
Previous Page  78 / 324 Next Page
Information
Show Menu
Previous Page 78 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

74

o dövrün meyarlarına görə kifayət qədər “şübhəli” görünür. Məlum olur ki,

Ayrapetov 1918-ci ildə “Sentrokaspi” hökumətinin, sonra polkovnik Biçera-

xovun qoşunlarında xidmət etmiş, ADR zamanı isə maşınla türk zabitlərini

gəzdirmişdir. Belə tərcümeyi-halın sahibi kommunistlərin rəhbəri S.M.Kirovun

sürücüsünün prototipi ola bilərdimi...

Lakin bütün bu məqamlar, görünür ki, kitabın müəllifi Xolopovu

(Xalafyanı) narahat etmirdi. Bundan əlavə, Sovet Rusiyasının, o cümlədən

Xolopovun yaşadığı Leninqradın yazıçı təşkilatları onu öz himayələri altına

alırlar. Moskvanın mərkəzi ədəbi qəzet və jurnallarının səhifələrində həmin

əsər haqqında müsbət rəylər dərc olunur. Azərbaycan Yazıçılar İttifaqından

Moskvaya, SSRİ Yazıçılar İttifaqına, eləcə də bir sıramərkəzi qəzet və jurnalların

redaksiyalarına göndərilən etiraz məktubları, həmçinin, həmin kitabla bağlı

mənfi rəylərin dərc olunduğu respublika mətbuatından nümunələr cavabsız

qalır. Mərkəzi mətbuat azərbaycanlı tənqidçi Mikayıl Rəfilinin Xolopo-

vun kitabı haqqında tənqidi resenziyasını dərc etmir. Moskvada bununla

kifayətlənirlər ki, müəllif “Kirov obrazının yaradılmasında heç bir təhrifə yol

verməmişdir”. (221) Bütün digər məsələlərə tam etinasızlıq göstərilir.

Mümkündür ki, məhz bu vəziyyət M.C.Bağırovu həmin məsələni ən

yüksək tribunadan – respublika kommunist partiyasının qurultayı kürsü-

sündən səsləndirməyə vadar edir. Bu qərarın verilməsinə həmçinin Stepan

Şaumyanın oğullarının – Levon və Serqeyın bəzi hərəkətləri də həlledici təsir

göstərir. Məlum olur ki, Levon Şaumyan mərkəzi “Literaturnaya qazeta”da 26

Bakı Komissarlarının güllələnməsinin 30 illiyi münasibəti ilə yazdığı məqalədə

“Əzizbəyovun familiyasını silmişdir”, və bu, o zaman edilir ki, “yoldaş Stalin

özünün bütün çıxışlarında Əzizbəyovun soyadını birinci çəkir, çünki söhbət

Bakı komissarlarından gedir, Azərbaycandan gedir”. “Ən birinci komissarın”

o biri oğlu – Serqey Şaumyan isə Bakıya gələrək Avakyans adlı bir “daşnakla”

“Şaumyan – tənqidçi və polemikaçı” mövzusunda kitab yazmaq barədə

danışıqlar aparmışdır. (222) Bağırovun ciddi narazılığına səbəb olmuş bu

faktlar da qurultay zamanı səsləndirilərək geniş ictimaiyyətə çatdırılır.

Diqqətəlayiq haldır ki, Bağırov öz çıxışında demək olar ki, “erməni”

sözü, yaxud “erməni-daşnak” ifadəsini işlətməyərək yalnız “daşnak” sözünü

vurğulayır ki, bu da o dövr bu məsələlərdə son dərəcə diqqətli və həssas ol-

maq tələbindən irəli gəlirdi, hərçənd bu tənqidin əsl mahiyyəti və onun kimə

ünvanlandığı bütün qurultay iştirakçılarına aydın idi.

M.C.Bağırovun respublikanın ali partiya yığıncağının tribunasından

partiyanın rəhbəri kimi özünün yekun nitqində ayrıca götürülmüş bir ədəbi

əsərə bu qədər sərt və kəskin münasibət bildirməyinin səbəbi nə idi?

II Vətən müharibəsindən sonrakı illəri Azərbaycan xalqına qarşı tor-

paq iddiaları və azərbaycanlıların öz əzəli torpaqlarından çıxarılması ilə

müşayiət olunan yeni irimiqyaslı erməni təcavüzünün başlanması kimi