Background Image
Previous Page  79 / 324 Next Page
Information
Show Menu
Previous Page 79 / 324 Next Page
Page Background

75

səciyyələndirmək olar ki, bu dəfə onların müdafiəçisi qismində artıq Sovet

rəhbərliyi çıxış edirdi. Həmin qurultaydan demək olar ki, bir il əvvəl xaricdəki

ermənilərin guya öz “tarixi vətənlərinə” köçürülməsi bəhanəsi altında

1918-ci ildə Ermənistan Respublikasına keçmiş və sonra Ermənistan SSR

tərkibində qalmış Azərbaycan ərazilərindən azərbaycanlı əhalinin – 130

min nəfər – deportasiyasına – Azərbaycan SSR-ə köçürülməsinə başlandı.

Sovet rəhbərliyi bu “köçürülməni” “hər iki respublikada baş verən təsərrüfat

dəyişiklikləri ilə” əsaslandırmağa çalışsa da, bununla belə etiraf edilirdi ki,

“azərbaycanlı əhali köçürüləndən sonra boşaldılmış torpaqlar və yaşayış

məskənləri Ermənistana gələn xarici erməni kəndlilərin yerləşdirilməsi üçün

istifadə oluna bilər”. (223)

Bundan bir qədər əvvəl isə Bağırov böyük çətinliklə, uğurlu bir fənd

işlətməklə ermənilərin Dağlıq Qarabağa yeni iddialarının qarşısını ala

bilmişdi. Belə ki, 1945-ci ilin payızında Ermənistan K(b)P MK birinci katibi

Arutinov ÜK(b)P MK qarşısında Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni

əhalisinin maraqları baxımından həmin vilayətin Azərbaycan SSR tərkibindən

Ermənistan SSR-ə verilməsi məsələsini qaldırmışdı. Məktub bu məsələ ilə

bağlı fikrini bildirmək üçün M.C.Bağırova göndərilmişdi. Bağırov Arutino-

vun gətirdiyi dəlillərin hamısını təkzib etsə də, Arutinovun kimin göstərişi

və icazəsi ilə hərəkət etdiyini anlayırdı. Odur ki, ümumən Arutinovun təklifi

ilə razı olduğunu, lakin bir şərtlə - Ermənistan SSR-in azərbaycanlı əhali

yaşayan üç rayonunun Azərbaycan SSR tərkibinə verilməsi şərti ilə - bildirir,

həmçinin Şuşa rayonunun Ermənistana verilməsinə etiraz edir. (224) Bundan

sonra Sovet rəhbərliyi bir daha bu məsələyə qayıtmır.

Lakin ermənilərin bu və ya digər formada təxribatları davam edirdi.

Yuxarıda göstərilən siyasi xarakterli misallardan əlavə həmin illər erməni

müəllifləri tərəfindən istər Ermənistanda, istərsə də mərkəzdə nəşr olunan

elmi ədəbiyyatda və dövri mətbuatda Azərbaycanın tarixi, mədəniyyəti,

incəsənətinin təhrif olunması ilə bağlı onlarla nümunələr gətirmək olardı

ki, bu da respublika ictimaiyyətində, həmçinin partiya rəhbərliyində haqlı

olaraq kəskin etiraz və narazılıq doğururdu. Xolopovun (Xalapyanın) kitabı

belə nümunələrdən yalnız biri idi. Lakin görünür ki, bu əsərin yaxın keçmişdə

baş vermiş hadisələrlə birbaşa əlaqəsi erməni millətçiliyinin yeni forma və

təzahürlərdə əks olunan təcavüzkar xarakterini ölkə rəhbərliyinin nəzərinə

çatdırmaq üçün Bağırovu məhz bu kitaba ciddi diqqət yetirməyə sövq edir.

“Xolopov kitab yazıb. Həm də çox xarakterikdir ki, onun kitabında

“daşnak” sözü yoxdur, - M.C.Bağırov qurultaydakı çıxışında deyirdi – onun

kitabında “daşnak” sözünü tapa bilməzsiniz. Kitabı Karapet Ayrapetov adlı

birisinin sözlərindən yazıb. Orada Tiqran qəhrəman kimi verilir. Müəllif

göstərir ki, Kirov səfilin birini öz himayəsinə alıb, halbuki Dövlət arxivinin

sənədlərindən görünür ki, bu səfil, 1895-ci il təvəllüdlü, keçmiş müharibə

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi