Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
76
iştirakçısı, sonra daşnak, daha sonra “Sentrokaspi” hökumətinin ordularında
xidmət edib, “Sentrokaspi” dağılandan sonra Biçeraxovla çıxıb gedib. Bax
bu, aşkar düşmənin, əlində silah Sovet hakimiyyətinə qarşı vuruşan, sonra
təsadüfən il yarım Mərkəzi Komitənin qarajında işə düşərək maşın yuyan
adamın sözləri əsasında müəllif Kirov haqqında kitab yazır. O kitabı Kirov
haqqında yazmayıb, o kitabı xüsusi tapşırıqla, daşnaklara bəraət qazandırmaq
və başqalarına iftira yaxmaq üçün yazıb...” – deyə Bağırov nəticə çıxarır.
Bu çıxışında Bağırov Xolopovu (Xalapyanı) - SSRİ Yazıçılar İttifaqının
üzvünü, tanınmış sovet yazıçıları N.Tixonov və D.Zaslavski tərəfindən mərkəzi
mətbuatın səhifələrində müdafiə olunan bir adamı - “daşnakların sonbeşiyi
– sonuncu tərəfdarı” adlandırır, “vaxtilə Şamaxını məhv etmiş, Kürdəmirdə
qırğınlar törətmiş məşhur Lalayevlərin” bu qohumunun onu heç kəsin
tanımadığı Leninqradda özünə yer etdiyini vurğulayır.
Qabaqcadan deyək ki, M.C.Bağırovun Azərbaycan kommunistlərinin
qurultayındakı yekun çıxışının mətni, digər sənədlər və şəxsən Stalinə
ünvanlanmış məktubla birlikdə Moskvaya göndərilir və Bağırov “Buxtada
işıqlar” kitabı haqqında məsələnin ÜK(b)P MK-da qoyulmasına nail olur. (225)
Lakin Bağırovun Azərbaycan Kommunist Partiyasının XYII qurultayın-
dakı bu çıxışının əhəmiyyəti yalnız ölkə rəhbərliyinin diqqətinin “bu zərərli
kitaba” və onunla bağlı məsələlərə cəlb edilməsi ilə məhdudlaşmır.
Bilavasitə 1918-ci il hadisələrinə toxunan Bağırov öz nitqində rəsmi
“vətəndaş müharibəsi” tezisini əsas tutsa da, eyni zamanda qeyd edirdi ki,
“1918-ci ildə Bakı Xalq Komissarları Şurasındakı bəzi yoldaşların buraxdığı
səhvlərdən məharətlə yararlanan daşnaklar və müsavatçılar, xüsusilə
daşnaklar, buməqamdan istifadə edərək bəzi yerlərdə vətəndaş müharibəsini
əslində milli vuruşa çevirdilər, milli qırğınlar təşkil etdilər”. (226)
Burada xüsusi olaraq qeyd edilməlidir ki, 1918-ci il hadisələri ilk dəfə
olaraq yüksək mənsəbli bolşevik xadiminin dilindən “səhvlər buraxmış”
bolşevik hökumətinin “yol verməsi” nəticəsində erməni-daşnak qüvvələri-
nin azərbaycanlı əhaliyə qarşı törətdiyi milli qırğın kimi səciyyələndirilirdi.
Lakin Bağırov yalnız bununla kifayətlənmirdi: “Amazasp, AbramVelunts,
polkovnik Avetisov – axı bunlar Sovet hakimiyyətinin tərəfində deyildilər.
Mən özüm şahidəm, mən, təəssüf ki, həmin hadisələrin iştirakçısıyam,
bəzi yoldaşların təklifi ilə mən Amazaspın dəstəsində nümayəndə idim
və görürdüm ki, onlar Qubada nələr edirlər, hələ Şamaxı və s. barədə
danışmıram...”. (227)
Beləliklə, yalnız 30 ildən sonra, nəhayət ki, azərbaycanlı bolşevik
Bağırovun simasında olsa belə, Sovet hakimiyyətinin nümayəndəsi par-
tiya qurultayının yüksək kürsüsündən, “kommunist partiyasının ən layiqli
nümayəndələri” qarşısında etiraf edir ki, 1918-ci il Quba hadisələrinin qəzada
Sovet hakimiyyətinin qurulması ilə heç bir əlaqəsi yox idi və “Qızıl Ordunun”




