77
komandirləri, başda Amazasp olmaqla, Qubada tamamilə başqa bir tapşırığı
həyata keçirirdilər.
* * *
Amazaspın 3 min nəfərlik dəstəsinin Quba qəzasına “cəza yürüşü”
boyu etdiyi bütün əməllər bir daha sübut edir ki, bu dəstə heç də 3 gün-
lük döyüşlər zamanı öldürülmüş cəmi bir neçə Quba ermənisinin və yaxud
“türklər və kürdlər tərəfindən öldürülən Türkiyə ermənilərinin” qisasını al-
maq üçün gəlməmişdi. Qubanın şəhər əhalisi həmin döyüşlərdə iştirak belə
etməmişdi, lakin minlərlə günahsız qubalılar guya məhz bu səbəbdən Ama-
zasp tərəfindən “cəzalandırılırdı”. Əslində, “Şaumyanın başçılıq etdiyi mərkəz”
tərəfindən Amazaspın qarşısına qoyulan əsas vəzifə qəzanın müsəlman
əhalisinin kütləvi şəkildə məhv edilməsi və onun öz əzəli torpaqlarından
sıxışdırılaraq çıxarılması idi. Bu həqiqət bir daha onunla təsdiq edilirdi ki,
silahlı erməni quldur dəstələri hələ Qubaya çatana qədər, Bakıdan Qubaya
və əksinə hərəkət edərkən, bütün dəmir yolu xətti boyunca, yolun hər iki
tərəfində yerləşən müsəlman kəndlərinə basqın edir, onları talan etdikdən
sonra odlayır, məscidləri və müqəddəs Quran kitablarını yandırır, kəndlilərin
əmlakını talayır, rastlarına çıxan hər kəsi isə dərhal, qadın, qoca və uşaqlara
rəhm etmədən öldürürdülər.
1918-ci ilin əvvəlində inzibati-ərazi bölgüsünə görə Quba qəzası Quba
şəhəri və 5 polis nahiyəsini – Dəvəçi, Qusar, Müşkür, Rustov, 5-ci Fəthibəy
– əhatə edirdi. Hər bir polis nahiyəsi öz növbəsində 2-dən 30-dək kəndin
daxil olduğu bir neçə cəmiyyətdən ibarət idi. Qəzada qışlaqlar da daxil ol-
maqla kəndlərin ümumi sayı 540 idi və bu kəndlərin əhalisi 55 cəmiyyətdə
birləşirdi. (228) 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək
– cəmi iki həftə ərzində Amazaspın dəstəsi tərəfindən Quba qəzasında,
erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla,
ən azı 167 kənd yandırılmış və talan edilmişdi. Bu zaman bir çox kəndlər iki
dəfə - yolboyu Bakıdan Qubaya və ya Qusara və sonra geriyə qayıdarkən -
talana məruz qalmışdılar. (229)
Evlər, tikililər, ictimai binalar talan edilməklə, daşınan əmlak və mal-
qara qarət olunmaqla, hələ təkcə məlum olan faktlar əsasında, Amazaspın
quldur dəstələri tərəfindən Quba qəzasının sakinlərinə on milyonlarla rubl
dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə min
nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətlə yetirilmiş və
yaralanmışdı. Burada bir faktı nəzərə almaq lazımdır ki, bir çox kəndlərin
əhalisi həm qubalılar, həm də digər kəndlərin sakinləri tərəfindən ermənilərin
hücumu haqda əvvəlcədən xəbərdar edildiyindən, həyatlarını xilas etmək
üçün, qabaqcadan elliklə öz kəndlərini tərk edərək dağlara çəkilmişdilər.
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




