Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
78
Müşkür nahiyəsinin Seyidlər kənd sakini Hacı Seyid Əbdül Xəlil Hacı Seyid
Əli oğlunun izahatından məlum olurdu ki, ermənilərin basqını haqqında
onların kəndini “digər müsəlman kəndlərinin sakinləri” kimi, “qəza rəisi Əli
bəy”, yəni Əli bəy Zizikski xəbərdar etmişdi. (230)
Kəndlərdə qalmaq həqiqətən təhlükəli idi və bunu hətta əldən düşmüş
qocaların və xəstələrin, habelə vaxtında evlərini tərk edə bilməyən qadın və
azyaşlı uşaqların öldürülməsi barədə çoxsaylı xəbərlər təsdiq edirdi. Məsələn,
Sədan kəndindən Şahnaz İbrahim Xəlil qızı və xəstə qoca Qərib Məlik oğlu
erməni talançılarının süngüləri ilə öldürülmüşdülər, (231) qaçmağa macal
tapmayan azyaşlı Püstə Məmməd bəy qızını ermənilər ayaqları altına salıb
tapdalayaraq, qıçlarını qırmışdılar və o, aldığı yaralardan 12 gündən sonra
ölmüşdü, qızının yanında qalmış anası İmamə də ermənilər tərəfindən qətlə
yetirilmişdi. (232)
Bununla yanaşı, bir sıra kəndlərin sakinləri onları gözləyən təhlükə
haqqında xəbər alaraq, qadınları və uşaqları təhlükəsiz yerə göndərir, evlərini,
təsərrüfat və əmlaklarını qorumaq üçün, kişilər kəndlərdə qalırdı. Bəzən
bu məqsədlə sakinlər kəndlərinin talan edilməməsi xahişi ilə ermənilərin
qabağına elçilər göndərirdi. Lakin, bir çox hallarda elçilər geriyə qayıtmır,
kəndlər isə talan və yanğından xilas ola bilmirdi. Məsələn, Dəvəçi-Bazar
və Qızıl-Burun kəndlərindən duz və çörəklə ermənilərin yanına yollanmış
15 nəfərdən ibarət nümayəndə heyətinin hamısı öldürülmüşdü. (233) Əli-
xanlı cəmiyyəti adından ermənilərdən kəndlərin yandırılmaması haqda
xahiş edən Əlixanlı kəndinin starşinası Mirzə Məmməd Dostəli oğlu öz
həmkəndlisi Gülhüseyn Məhərrəm oğlu ilə birlikdə qətlə yetirilmişdi. (234)
Xudat nümayəndələrinin də aqibəti eynilə olmuşdu. (235) Sakinləri ölümdən,
kəndləri isə talan və yanğınlardan ağ bayraqların qaldırılması da xilas et-
mirdi. Məsələn, ağ bayraq qaldırmaqlarına baxmayaraq, Dəvəçi kəndində
öz evlərini tərk etməyə macal tapmayan və ya tərk etmək istəməyən 40
nəfərdən artıq kişi öldürülmüş, kəndə isə od vurulmuşdu. (236)
Lakin, elə kəndlər də var idi ki, qeyri-bərabər güc nisbətinə baxmayaraq
öz kəndlərini talandan qorumaq üçün erməni quldur dəstələrinə müqavimət
göstərirdi. Məsələn, Tarcal və Möhüç kəndlərinin kişi əhalisi, ailələrini
dağa göndərərək, ermənilərlə atışmaya girmiş və onları öz kəndlərinə
buraxmamışdılar. Siyəzən və Xaçmaz kəndlərinin əhalisi də ermənilərinQuba-
ya keçməsinin qarşını almağa cəhd edərək, erməni dəstələri ilə vuruşmuş və
yalnız uzun çəkən döyüşlərdən sonra Amazaspın bir neçə minlik qoşunu
qarşısında geri çəkilməyə məcbur olmuşdular. (237)
Qeyd etmək lazımdır ki, bu zaman qəzanın müsəlman əhalisindən
ibarət ayrı-ayrı silahlı dəstələr də erməni quldur birləşmələrinə qarşı təşkil
edilmiş müqavimət göstərirdilər. Quba qəzası ictimaiyyətinin görkəmli
xadimləri – Əli bəy Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əli Abbas bəy




