Background Image
Previous Page  83 / 324 Next Page
Information
Show Menu
Previous Page 83 / 324 Next Page
Page Background

79

Əlibəyov, Şıxlar bəylərindən - Mürsəl bəy və İbrahim bəy, Möhübəli Əfəndi

Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari

bölmələr yaradaraq, erməniləri qəzanın digər iri yaşayış nahiyələrinə burax-

mamaq üçün Quba şəhərinin girişlərini mühasirəyə almışdılar . (238)

Amazaspın özünün də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri

uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddətli döyüşlər

gedirdi. (239) Sayca bir neçə dəfə üstün olan ermənilər, nəhayət ki,

qubalıların müqavimətini yararaq, bu iki kəndi alova bürüdülər. Digah və

Xucbala kəndləri arasındakı dərədə mühasirəyə düşən Qusar ləzgilərindən

ibarət olan dəstənin taleyi daha faciəli oldu – onları burada qanlarına qəltan

etdilər. Bu döyüşlərdən sonra həmin yer “Qanlı dərə” adı aldı. (240)

Amazasp tərəfindən darmadağın edilmiş və yandırılmış müsəlman

kəndlərinin sakinlərinin vəziyyəti o dərəcədə ağır və çıxılmaz idi ki, 15-45 gün

dağlarda və meşələrdə sərgərdan dolaşdıqdan sonra, əyin-başları yırtıq, ac,

xəstə halda öz köhnə yurdlarına qayıdan insanlar artıq istənilən hakimiyyəti

qəbul etməyə hazır idilər, təki onların taleyi azacıq da olsa yüngülləşsin və

təhlükəsizliklərinə təminat verilsin. 1918-ci ilin iyul ayında Quba qəzasının

77 kəndində dərhal kəndli deputatları Sovetinin yaradılması faktı da elə bu-

nunla izah edilir. (241)

Qəzalarda kəndli Sovetlərinin yaradılmasının tarixi “vətəndaş

müharibəsindən sonra olduqca ağır şəraitdə Bakı Soveti tərəfindən necə

böyük təşkilati işin yerinə yetirildiyini göstərməklə” (242) bərabər, əslində

bolşevik-erməni Bakı Sovetinin ucqarlarla mümkün qədər tez əlaqə yarat-

maq, kəndlilərin, ilk növbədə müsəlman əhalisinin etibarını qazanmaq

cəhdini açıq-aydın nümayiş etdirirdi. Eyni zamanda, yerlərdə real vəziyyətin

mahiyyəti də açıqlanırdı. Məsələn, quberniya komissarı təyin edilmiş Məşədi

Əzizbəyov ”özünə xas olan elə bir coşqunluqla kəndlərdə təşkilatların

yaradılmasına başladı ki”, “yoldaş Əzizbəyovun fəaliyyətindəki ciddilik və

qızğınlıq tezliklə öz nəticələrini verdi”. (243).

Bu “nəticələr” həqiqətən son dərəcədə sarsıdıcı idi: lap yaxınlarda mart

hadisələrini yaşamış Bakı kəndləri bir-birinin ardınca Sovet hakimiyyətini

tanımağa başladı. Lakin bu kəndlərin “yoxsullarının” ümumi yığıncaqlarında

qəbul edilən bütün qətnamələrdə yeni hakimiyyətə sədaqət ifadə edildikdən

dərhal sonra mütləq konkret xahişlər irəli sürülürdü. Məsələn:

“1) Biz bütün kasıbların və kəndlilərin tərəfdarı olan İcraiyyə Komitəsini

(Bakı Sovetinin) tanıyırıq.

2) Bizim kəndimizlə (Fatmayı) şəhər arasında əlaqə qırıldığı üçün

İcraiyyə Komitəsindən xahiş edirik ki, iğtişaş günlərində öldürülmüş

qohumlarını dəfn etmək istəyən qaçqınların şəhərə göndərilməsinə yardım

etsin. Çünki kənddən şəhərə getmək çox təhlükəlidir”. (244)

1918-ci il iyunun əvvəllərində Quba qəzasının Qalaşıxlı kənd cəmiy-

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi