Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
80
yətinin sakinlərinin ümumi iclasında qəbul edilmiş qətnamə də təxminən eyni
məzmunda idi: “Biz, kəndli deputatları Sovetinin üzvləri, Xalq komissarlarının
hakimiyyətini həmmərkəzdə, həmdə yerlərdə tanıyaraq, ona xidmət etməyə,
hər işdə yardım göstərməyə hazırıq.
Təxminən 3000 sakindən ibarət olan Qalaşıxlı cəmiyyətinin kənd
yığıncağında seçilmiş icraiyyə komitəsi son dərəcə çıxılmaz vəziyyətdədir;
kəndlilər torpaqlarını, evlərini qoyub dağa qaçıblar. Dəmir yoluna yaxın
gələ bilmirlər. Zəmilər, otlaq sahələri yol boyu yerləşir, tezliklə taxıl yığımı
başlayacaqdır. Biz, Qalaşıxlı cəmiyyətinin səlahiyyətli kəndliləri fəhlə, əsgər,
matros və kəndli deputatları Sovetinə müraciət edərək xahiş edirik ki,
bizə köməyə gəlsinlər, dinc əhalinin mənafeyinin və şəxsi təhlükəsizliyinin
təmin edilməsi üçün təcili tədbirlər görsünlər və bizə dağlardan enərək öz
sığınacaqlarımıza qayıtmağa imkan versinlər”. (245)
Qəzalarda kənli sovetlərinin hansı şəraitdə yarandığı və kəndlilərin
özləri tərəfindən necə qəbul edildiyi Bakı Sovetinin Bakı qəzası kəndli
deputatları Sovetinin 1-ci qurultayı ilə birgə keçirdiyi təntənəli iclasında
Məşədi Əzizbəyovun çıxışında da açıq şəkildə əks olunurdu: “Deyirlər ki,
Əzizbəyov kəndliləri qorxuya salan silahlı dəstə ilə kəndləri gəzir və on-
lar da Sovet hakimiyyətinin tanınması haqqında qətnamə çıxarırlar. Yox,
yoldaşlar, mən heç vaxt silahlı dəstə ilə yola çıxmamışam. Mən yola tək, və
ya ikilikdə çıxırdım, və özümlə də erməni aparırdım, çünki mən daha çox
öz əsgərlərimizdən qorxurdum, nəinki müsəlmanlardan. Buna görə mən
özümlə qeyri-müsəlman aparırdım”. (246)
Bu deyilənlərdən 1918-ci ilin yaz-yay aylarında Bakıda və Azərbaycanın
qəzalarında hökm sürən vəziyyət tam çılpaqlığı ilə açıqlayırdı. Göründüyü
kimi, yalnız müsəlman kəndliləri dağdan öz evlərinə enməyə qorxmurdu,
Bakı Sovetinin Komissarı da, müsəlman və azərbaycanlısı olduğu üçün, “öz
əsgərlərinin”, yəni erməni qızıl əsgərlərin qorxusundan ucqarlara erməni -
müşayiətçi olmadan getməyə cürət etmirdi.
“Zəhmətkeşlərin “Qırmızı bolşevik respublikası” adlandırdığı” (247)
Quba qəzasında Sovet hakimiyyəti məhz bu şəraitdə 1 avqust 1918-ci il
tarixinədək davam gətirdi. Həmin gün Bakı komissarları Şaumyanın başçılığı
ilə Bakıda hakimiyyəti “Sentrokaspi diktaturası” adlanan yeni hakimiyyətə
təhvil verərək şəhərdən qaçmağa cəhd etdilər. Bundan sonrakı dövrdə
Bakı quberniyasının qəzalarında, o cümlədən Quba qəzasında hər hansı
rəsmi hakimiyyət mövcud deyildi və vəziyyətə yerli hakimiyyət strukturları
tərəfindən nəzarət olunurdu. 1918-ci il 15 may tarixdə Bakı şəhəri türk-
azərbaycanlı hərbi qüvvələri tərəfindən azad edildikdən və Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) hökuməti Bakıya köçdükdən sonra Quba qəzasında da
AXC hakimiyyəti quruldu.




