Background Image
Previous Page  85 / 324 Next Page
Information
Show Menu
Previous Page 85 / 324 Next Page
Page Background

81

* * *

1918-ci il 28 may tarixdə Zaqafqaziya Seymi buraxıldıqdan son-

ra Azərbaycan fraksiyası tərəfindən yaradılmış Milli Şuranın ilk iclasında

Azərbaycanmüstəqil respublikaelanedildi. Yeni demokratikdövlətinyaranması

faktını hüquqi cəhətdən təsdiq edən “Azərbaycanın müstəqilliyi haqqında akt”

qəbul olundu və yeni dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti təsdiq edildi.

Elə bu iclasda ilk Azərbaycan hökuməti formalaşdı, Fətəli Xan Xoyski hökumət

başçısı, Məmməd Həsən Hacınski xarici işlər naziri, Xəlil bəy Xasməmmədov

ədliyyə naziri və digər təyinatlar oldu.

Fəaliyyətə başladıqdan və Tiflisdən Gəncəyə köçdükdən ay yarım

sonra, 1918-ci ilin iyul ayının ortalarında, AXC Nazirlər Kabinəsi xarici işlər

naziri M.H.Hacınskinin məruzəsini dinləyərək respublikada baş vermiş

hadisələrə, xüsusilə də dinc azərbaycanlı əhalisinə qarşı törədilən kütləvi

zorakılıq hallarına öz mövqeyini bildirməyi vacib hesab etdi. Məruzədə de-

yilirdi: “Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri bandalar

tərəfindən dağıdılır, bolşevik adı ilə məsuliyyətsiz erməni hərbi hissələri və

başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş

vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları

tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropa ölkələrində bütün

ictimai fikir tamamilə əks istiqamətdə yönəldilir”. Məruzədə qeyd edilirdi

ki, həm dövlətin ümumi mənafeyi, həm də əhalinin zərərçəkən qruplarının

mənafeyi elə bir təşkilatın yaradılmasını zəruri edir ki, o bütün zorakılıq

hadisələrinin dəqiq qeydiyyatını aparsın; 2. bu zorakılıqların törədildiyi

şəraiti müəyyənləşdirsin; cinayətkarları aşkar etsin və onların vurduqları

zərərin ümumi miqyasını müəyyənləşdirsin”. Bu təşkilat Fövqəladə Təhqiqat

Komissiyası şəklində yaranmalı, onun işinin nəticələri müxtəlif Avropa və

türk dillərində nəşr edilməli və geniş yayılmalı idi. M.H.Hacınski xüsusilə

vurğulayırdı ki, Təhqiqat Komissiyasının təşkilinə yubanmadan başlamaq

lazımdır, “çünki, adamların dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər

maddi sübutların əldə edilməsi mənasında indi, isti-isti görülməsi müm-

kün olan bir çox şeyləri etmək sonradan çətin olacaqdır, və ya, ola bilsin ki,

ümumiyyətlə mümkün olmayacaqdır”. (248)

AXC hökuməti özünün Gəncədə keçirdiyi 15 iyul 1918-ci il tarixli həmin

iclasında bu məsələni geniş və ətraflı müzakirə edərək, “Avropa müharibəsi

başlandığı vaxtdan bütün Cənubi Qafqazın hüdudları daxilində müsəlmanlar

və onların əmlakı üzərində törədilmiş zorakılıq hallarının araşdırılması üçün,

Fövqəladə Təhqiqat Komissiyasının (FTK) yaradılması” haqqında qərar qəbul

etdi. Həmin il avqust ayinin 31-də AXC hökumətinin başçısı, eyni zamanda

xarici işlər naziri olan F.X.Xoyskinin imzaladığı fərmana əsasən 7 nəfərdən

ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Tanınmış hüquqşünas,

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi