Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
82
andlı iclasçı Ələkbər bəy Xasməmmədov FTK-nın sədri təyin edildi. Əvvəlcə
7 nəfərdən ibarət tərkibdə müəyyən edilən FTK-nın tərkibinə, sonradan
Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının
digər əməkdaşları cəlb edilmişlər. Komissiyanın işində Andrey Fomiç No-
vatski, Nikolay Mixayloviç Mixaylov, Aleksandr Yevgenyeviç Kluqe, Məmməd
xan Təkinski, Aley Adamoviç Aleksandroviç (Litovskiy) və digər peşəkar
hüquqşünaslar və ictimai-siyasi xadimlər daha fəal iştirak etmişlər. (249)
Xarici İşlər Nazirliyinin yanında təşkil edilən FTK, artıq həmin ilin sent-
yabr ayından başlayaraq faktiki olaraq Ədliyyə Nazirliyi nəzdində fəaliyyət
göstərir. Komissiyanın üzvləri qruplara bölünərək, Azərbaycan hökumətinin
nəzarətindəolan, vəyabolşevik-erməni qoşunlarındanxilasedilmişərazilərdə,
respublikanın müxtəlif qəza və şəhərlərində baş vermiş faciəli hadisələrin
araşdırılmasına başladılar. Beləliklə, 1918-ci ilin sentyabr ayının əvvəlindən
müstəntiqlər artıq Bakı və Yelizavetpol quberniyalarının müxtəlif qəzalarında
fəal şəkildə işləyirdilər. Bakı azad edildikdən və Azərbaycan Hökuməti
Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissiyası da
öz fəaliyyətini Gəncədən Bakıya keçirdi, və dərhal Bakı şəhərində və onun
ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı.
1918-ci ilin dekabrında Gəncə Dairə Məhkəməsinin üzvü Andrey
Fomiç Novatski Fövqəladə Təhqiqat Komissiyasının üzvü qismində köməkçisi
Əyyub bəy Xanbudaqov ilə birlikdə həmin ilin aprel-may aylarında Quba
şəhərində və Quba qəzasında baş vermiş məlum hadisələrin araşdırmaq
məqsədilə Quba şəhərinə gəldi. Bir neçə ay ərzində A.F.Novatskinin istintaq
qrupu onlarla şahidi dindirdi, hadisələrin baş verdiyi yerlərə baxış keçirdi
və 3 cild və 451 vərəqdən ibarət istintaq sənədləri topladı. Həmin istintaq
işinin materialları əsasında A.F.Novatski “Quba şəhərinin və Quba qəzasının
kəndlərinin talan edilməsi və adı çəkilən şəhər və kəndlərin əhalisi üzərində
törədilmiş zorakılıq halları haqqında məruzə” hazırladı və FTK-nın sədrinə
təqdim etdi. (250)
1919-cu ilin noyabr ayında Azərbaycan Hökuməti yanında Fövqəladə
Təhqiqat Komissiyası “Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan
edilməsi və adı çəkilən şəhər və kəndlərin əhalisi üzərində törədilmiş zorakılıq
halları haqqında” işə və Komissiyanın üzvü Novatskinin məruzəsinə baxaraq,
bir sıra şəxslərin “müttəhim” qismində istintaqa cəlb edilməsi haqqında
Qərar qəbul etdi. Bu şəxslər aşağıdakı cinayətlərdə kifayət qədər ifşa olunur-
dular: “müsəlman əhalisinə qarşı dini və tayfa düşmənçiliyindən irəli gələn
səbəblərdən ...öz aralarındavəhələlik istintaqaməlumolmayandigər şəxslərlə
qabaqcadan razılığa gələrək, odlu və soyuq silahla silahlanmış bir neçə min
nəfərlik quldur dəstəsi yaratmışlar və öz qarşılarına müsəlman əhalisinin
qırılması, onun əmlakının qarət olunması və məhv edilməsi məqsədini
qoyaraq, 1918-ci ilin aprel ayı ərəfəsində Bakı quberniyasının Quba şəhərinə




