Background Image
Previous Page  87 / 324 Next Page
Information
Show Menu
Previous Page 87 / 324 Next Page
Page Background

83

basqın edərək, onu darmadağın etmiş, iki minə yaxın kişi, qadın və uşaqları

qətlə yetirmiş, şəhər əhalisinin daşınan əmlakını talan etmiş, şəhər binalarına

od vurmuş və təxminən 105 ev və tikili yandırmışlar, həmçinin, həmin qul-

dur dəstəsi Qubaya hərəkət edərkən yol boyu müsəlman kəndlərinə hücum

etmiş, Quba qəzasında 122 kəndi yandırmış və darmadağın eləmiş, əhalinin

bütün daşınan əmlakını qarət etmiş, qadın və uşaqlara rəhm etmədən, bu

kəndlərin sakinlərini öldürmüşdür”. (251)

Müttəhimlərin siyahısı, əlbəttə ki, Amazaspdan başlayırdı, ardınca isə

onun “döyüş silahdaşları” – köməkçisi Nikolay və komissar Velunts, daha

sonra Quba şəhərinin və kəndlərinin müsəlman qırğınlarında fəal iştirak

edən erməni sakinlərinin adları gəlirdi.

Quba şəhərinin və qəzasının yerli erməni əhalisinin müəyyən hissəsinin

müsəlman əhaliyə qarşı qırğınlarda iştirakı Bakıda və Şamaxıdakı qədər

geniş miqyaslı olmasa da, erməni vəhşiliklərinin şahidi olmuş bütün Qubalı

müsəlmanları – istər azərbaycanlı, istərsə də ləzgi, tat, avar və s., həmçinin

qazanc dalınca Qubaya gəlmiş iranlı əhalinin, əslən cənubi azərbaycanlı

əhalini çox sarsıtmışdı. Bolşevik-daşnak birləşmələrinin hədəfinin, etnik fak-

tor nəzərə alınmadan, qəzanın bütün müsəlman əhalisinin olduğu, yalnız

azərbaycanlı-türk deyil, ləzgi və tat kəndlərinin dağıdılması və yandırılması

ilə sübut edilirdi. (252) Qəzanın rus kəndlərindən heç birinin erməni

basqınlarına məruz qalmadığı faktı bunu bir daha təsdiq edirdi.

Müsəlman qırğınlarında ittihamolunan Quba ermənilərinin sayının azlığı

onunla izah edilirdi ki, onlar yalnız ayrı-ayrı zərərçəkən qubalılar tərəfindən

tanınaraq göstərilən şəxslər idi, və təbii ki, qubalılar müsəlman qırğınlarında

şəxsən iştirak edən və yaxud Amazaspın dəstəsindən olan erməni əsgərlərinə

bələdçilik edən yerli ermənilərin hamısını üzdən tanıya bilməzdilər. Quba

ermənilərin şəhər üzərinə hazırlanan hücumla əlaqələrinin olduğunu, və ya-

xud, ən azı bundan xəbərdar olduqlarını qubalılar tərəfindən göstərilən faktlar

sübut edirdi: “Mən gördüm ki, bu ilin mart ayının 1-dən Quba ermənilərinin

bir çoxu Qubadakı öz daşınan və daşınmaz əmlakını satmağa və çıxıb getməyə

başlayıblar, məsələn, Aleksandr Melikov, Cavad Parseqov, Mirzə Parseqov,

Maqaks Poqosov, Artaşes Melikov, Nerses Sarumov və digərləri öz əmlakını

sataraq çıxıb getdilər. Mən AleksandrMelikovdan və Baqdasarovdan əmlaklarını

niyə satdıqlarını və çıxıb getdiklərini soruşduqda, onlar mənə dedilər ki: “Sizinlə

bizim aramızda nə isə gözlənilir. Komitə bizi geri çağırır”. (253) “Mən Amazaspın

dəstəsində silahlı Quba ermənilərindən Arutyunu, Karomezin oğlunu öz oğlu

ilə, və Quba hadisələrindən bir neçə ay əvvəl öz mülkünü satmış Qriqorinin

oğlunu gördüm. Həmin bu Qriqori müsəlmanlara deyirdi: “Biz evlərimizi sizə

satdıq, bəs siz kimə satacaqsınız?” (254)

Qubalıların çoxu müstəntiqin “müsəlmanların ermənilər tərəfindən

bu dərəcədə qəddarcasına və kütləvi şəkildə öldürülməsinin səbəblərini

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi