Background Image
Previous Page  88 / 324 Next Page
Information
Show Menu
Previous Page 88 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

84

nə ilə izah edə bilərsiniz?” sualına cavab tapa bilmirdi. Qubalıların özləri

tərəfindən erməni əsgərlərinə verilmiş bu suala isə belə cavab almışdılar ki:

onlar “türklərin və kürdlərin Türkiyədə və Qafqazda öldürdükləri ermənilərə”,

və ya “Gelovaninin dəstəsi geri çəkilərkən öldürülən Quba ermənilərinə”,

yaxud da “1905-ci ildə müsəlmanlar onlara qarşı çıxış etdiklərinə” görə qisas

alırlar. (255) Bu sonuncu “səbəb” qubalıları xüsusilə hiddətləndirirdi: “Burada,

Qubada 1905-ci ildə bir erməni belə zərər çəkməmişdi”; “1905-ci ildə bizim

Qubada heç bir erməni zərər çəkməmişdi”. (256)

Amazaspın dəstəsindən olan gəlmə erməni əsgərlərinin müsəlmanlara

qarşı hədsiz vəhşiliklərlə bağlı göstərdikləri “səbəblərinin” tam əsassızlığı

özü-özlüyündə aydın olsa da, bu məsələyə “öz ermənilərinin” münasibəti

qubalılarda xüsusi qəzəb doğururdu: “Məscidin qarşısında mən Quba

ermənisi Arutyun Mirzəcanovla rastlaşdım, o mənə dedi ki, əgər ermənilər

yüz qat artıq müsəlman öldürsələr belə, yenə də müsəlmanların ermənilərə

etdiklərinə çata bilməzlər”. (257)

Bununla bərabər Quba müsəlmanlarının ermənilərə qarşı münasibəti

haqqında konkret nümunələr göstərilirdi: “Mən öz evimdə ləzgilərdən qor-

xan dörd erməni və üç rus gizlətmişdim”; (258) “Mənim ərazimdə erməni

kəndi Kilvar yerləşir. Bu kənd nə təsvir edilən hadisələrədək, nə də sonra

müsəlmanlar tərəfindən hücuma məruz qalmamışdır, bu kəndin bir sakini

belə zərər çəkməmişdir, ermənilərdən müsəlmanlar tərəfindən bir kibrit belə

oğurlanmamışdır”; (259) “Bəzi qara fikirli adamlar ermənilərə hədə-qorxu

gələndə, biz onları müdafiə etdik və onlar təhlükəsizlik məqsədilə təcrid

edildikdə və etibarlı mühafizə altında həbsxana binasında yerləşdirildikdə, biz

onlara yemək aparırdıq. Şəxsən mən erməni tacir Mirzə Əmircanova yemək

aparırdım. Onlar, Quba erməniləri isə bizə satqınlıqla cavab verdilər. Məsələ

ondadır ki, onlar həmin hadisələrdən xeyli əvvəl Quba şəhərində olan bütün

daşınan və daşınmaz əmlaklarını satdılar və Qubadan çıxıb getdilər. Biz on-

lardan soruşanda ki, niyə çıxıb gedirsiniz, cavab verirdilər ki, Bakıda yaşamaq

istəyirlər. Biz onların qaçmağının səbəbini yalnız indi başa düşürük: erməni

qardaşlarının bizimlə və bizim şəhərimizlə nə edəcəkləri onlara məlum idi,

və onlar bizə xəbərdarlıq etmədilər”. (260)

Ermənilərin Qubanın dinc, günahsız müsəlman əhalisi ilə nə “etdikləri”

isə heç bir insanlıq anlayışına sığmırdı: “ermənilər evlərin birindən 17 kişini

bayıra çıxardılar və onların hamısını güllələdilər. Bu qurbanlar arasında ata

və oğul da var idi. Oğul bu hadisədən bir həftə əvvəl evlənmişdi. Ermənilər

onu öldürmək istədikdə, atası onlara min rubl pul təklif etdi ki, oğlana rəhm

etsinlər və oğlunun əvəzinə onu öldürsünlər. Ermənilər pulu aldılar, sonra

atasının gözü qarşısında oğlunu, daha sonra isə atanı öldürdülər”;

“ErmənilərƏli-PaşaKərbəlayıMəhərrəmoğlundanpul vəqızlarıngətirilməsini

əmr etdilər və onların əmrini yerinə yetirilmədiyinə görə Əli-Paşanın gözü