85
qarşısında süngülərlə oğlunun gözlərini, sifətini və qarnını dəlik-deşik etdilər,
onun özünü isə yalnız döydülər”. (261)
Valideynlərin gözü qarşısında övladlarının xüsusi qəddarlıqla öldürmək
yəqin ki, erməni quldurlarının ən kəskin - “kamillik həddinə çatdırılmış” bir
üsulu idi: “Mən, arvadım Hökümə Kərbəlayı Cəfər qızı və iki qızımız – 14
yaşlı Hökümə və 6 yaşlı Bəsrə evdə oturmuşduq və çay içirdik. Ermənilər
evimizə girdilər və heç bir səbəbsiz bizə birdən atəş açdılar. Qızım Hökümə
yerindəcə öldü, mən sol baldırımdan, arvadım sol qolunun biləyindən
yaralandı, qızım Bəsrə isə sol çiynindən və sol ayağından yaralandı. Arvadım
onu qucaqlayaraq sinəsinə sıxdı. Ermənilərdən biri xəncərini çıxarıb qızımın
başına elə bərk vurdu ki, onun sifətini boğazınadək çapdı. Qızım ölü halda
yıxıldı. Mən və arvadım huşumuzu itirdik. Lakin arvadım bir azdan özünə
gəldi və ermənilərə yalvarmağa başladı ki, onu da öldürsünlər ki, öz qızlarının
meyitlərini görməsin. Ermənilər cavabında dedilər ki, onu öldürməyəcəklər,
çünki, qoy qızlarının meyiti qarşısında gündə üç dəfə ölüb-dirilsin. Onlar
eyni zamanda süngü ilə arvadımın boynunu bir neçə yerdən deşməklə, ona
kiçik yaralar vurdular. Məni isə döydülər”. (262)
Erməni təcavüzünün qurbanı olaraq, təsadüf nəticəsində sağ qalmış
uşaqların şəhadəti də eyni dərəcədə faciəvi idi. Məsələn, istintaqın dindirdiyi
ən kiçik zərərçəkən – 7 yaşlı İsmayıl Kərbəlayı Məmməd Tağı oğlu göstərirdi:
“Ermənilər şəhərə gələndə biz bütün qohumlarımızla birgə Sitarə nənəmin
bağında gizləndik. Oraya 15-ə yaxın tüfənglərlə və xəncərlərlə silahlanmış
erməni gəldi və bizim hamımıza atəş açmağa, süngülərlə deşməyə və
xəncərlərlə doğramağa başladılar. Bu qayda ilə onlar Sitarə nənəni, Hacı
Ağa babanı, mənim atamı, bacımı, körpə Soltan Nisəni, dördyaşlı qardaşımı,
südəmər körpə Məmməd Paşanı, Heybət əmini, onun beş yaşlı oğlu Qasımı,
Əli Mərdan dayını, Ağa Baba əmini, Cəmilə xalanı öldürdülər. Anamsinəsindən
yaralanmışdı, amma sağ qaldı. Məni xəncərlə sol çiynimdən vurdular və mən
meyitlərin arasına yıxılaraq özümü ölülüyə vurdum. Mən meyitlərin arasında
beş gün uzanaraq qaldım, lakin meyitlər iylənməyə başladıqda artıq dözə
bilmədim, küçəyə çıxdım və qonşumuz Hacı Məmməd Tağıgilə getdim.
Anam meyitlərin arasında dörd gün qalmışdı. O mənim sağ olduğumu bil-
mirdi və dördüncü gün tək çıxıb getmişdi”. (263)
Quba şəhərinin və qəza kəndlərinin talan olunması işi üzrə FTK üzvü
A.F.Novatski tərəfindən aparılan istintaq, əldə edilmiş faktların və sübutların
yekunu üzrə tezliklə özü, “ermənilər tərəfindən müsəlmanların bu dərəcədə
amansızlıqla və kütləvi şəkildə qətlə yetirilməsinin” izahını verdi. Artıq
yuxarıda deyildiyi kimi, dəqiq müəyyənləşdirildi ki, ermənilər öz qarşılarına
məhz “müsəlman əhalisinin qırılması, onun əmlakının talan olunması və
məhv edilməsi” məqsədi qoymuşlar. (264)
Lakin, erməniləri “odlu və soyuq silahlarla silahlanmış bir neçə min
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




