Background Image
Previous Page  90 / 324 Next Page
Information
Show Menu
Previous Page 90 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

86

nəfərlik quldur dəstəsi yaradaraq” həmin məqsədin yerinə yetirilməsinə

“sövq edən” səbəb - “müsəlman əhalisinə qarşı dini və tayfa düşmənçiliyi” -

istintaq tərəfindən irəli sürülən bu izah - nə dərəcədə dolğun və mükəmməl

idi?” (265)

Şübhəsiz ki, tam hüquqi vəzifəni yerinə yetirməklə, nə müstəntiq

Novatski, nə də ümumən Fövqəladə Təhqiqat Komissiyası araşdırdıqları

hadisələrə siyasi qiymət verə bilməzdilər və bunu etməli də deyildilər,

hərçənd həmin hadisələrin səbəbi heç də dini və tayfa düşmənçiliyi ilə,

məqsədi isə təkcə müsəlman əhalisini qırmaq və onun əmlakına sahib ol-

maqla məhdudlaşmırdı.

Burada daha bir məqamı nəzərə almaq lazımdır ki, təhqiqat zamanı

istintaq yalnız şahidlərin və ya zərərçəkənlərin verdikləri şəhadətlərlə

kifayətlənməyərək, hər bir fakt üzrə müqəssirlərin yalnız şəxsiyyətini deyil,

həm də millətini müəyyən etməyə çalışırdı. Rusların və yəhudilərin qətllərdə

və qarətlərdə iştirakı haqqında qubalılara verilən suallar və istintaqın əldə et-

diyi cavablar bir daha təsdiq edir ki, Qubada və Quba qəzasının kəndlərində

törədilmiş müsəlman qırğınları yalnız erməni milli silahlı qüvvələri tərəfindən

planlaşdırılmış və həyata keçirilmişdi.

Belə ki, qubalıların ifadələrində “ruslar” əsasən Gelovaninin dəstəsinin

ləzgilərlə üçgünlük “müharibədə” döyüşmüş üzvləri kimi xatırlanırdı”.

Amazaspın dəstəsində rusların olması, yalnız iki sənəddə, lakin birbaşa

deyil, eşidilmiş izahat əsasında göstərilir, eləcə də onların talanlarda iştirak

faktı təsdiq edilmirdi, əksinə: “Biz bolşevikləri görməmişik, amma onları kim

görübsə, danışır ki, onlar yalnız ermənilərdən ibarət idi, az sayda ruslar var

idi, lakin onlar nə yanğınlar törətməkdə, nə də qətllərdə iştirak etməmişlər,

onlar hətta erməniləri müsəlmanlara qarşı zorakılıqlardan çəkindirirdilər”;

“Biz bolşevikləri görməmişik, amma onları kim görübsə, danışır ki, onlar

yalnız ermənilərdən, yəhudilərdən və bir neçə rusdan ibarət idilər, kəndləri

isə ancaq ermənilər yandırırdılar”. (266)

Yalnız şəhər rəisi Ə.b.Əlibəyov iddia edirdi ki, şəhərdəki qırğınlarda

ermənilərlə birgə ruslar və yəhudilər də iştirak etmişlər, amma hansı rusların

– gəlmə, yoxsa yerli rusların olduğu dəqiqləşdirilmirdi. (267) Qırğınlarda

iştirak edən yerli sakinlər arasında qubalılar tərəfindən yalnız bir rusun adı

çəkilirdi – ifadə verən şəxsin qardaşı oğlu tərəfindən tanınmış Saşa Lukya-

nov. (268) Lakin “Quba şəhərinin... talan edilməsi haqqında” istintaq işində

ittiham edilənlərin arasında bu ada təsadüf olunmur.

Quba şəhərinin rus əhalisinə gəldikdə isə, Gelovaninin dəstələri Quba

şəhərindən geri çəkilən zaman bütün rusların şəhəri tərk etdikləri, - həm

də “öz iradələri ilə deyil” - çoxsaylı şahid ifadələri ilə təsdiq edilir: “Onlar

özləri ilə rus məmurlarını və erməniləri apardılar. Atışma zamanı ruslardan

və ermənilərdən bir neçə nəfər öldürüldü”; “Şəhərdə yalnız müsəlmanlar